11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Argentina seçkilərində hakim partiya qələbəsini rəsmiləşdirdi

Argentinada keçirilən parlament seçkilərini prezident Javier Milei-nin rəhbərlik etdiyi hakim partiya qazandı. Argentina mediasının məlumatına görə, səslərin 96 faizi sayıldıqdan sonra ilkin nəticələrə əsasən, Milei-nin partiyası La Libertad Avanza (“İrəliləyən Azadlıq”) 39 faiz səslə seçkilərdə qələbə əldə edib. Peronist müxalifətin yaratdığı Fuerza Patria (“Vətən Gücü”) isə səslərin yalnız 29,4 faizini toplaya bilib.

27 Oktyabr 2025 09:20
Argentina seçkilərində hakim partiya qələbəsini rəsmiləşdirdi

BAKI, AzerVoice, Nailə Babazadə

Argentinada keçirilən parlament seçkilərini prezident Javier Milei-nin rəhbərlik etdiyi hakim partiya qazandı.

AzerVoice xəbər verir ki, Argentina mediasının məlumatına görə, səslərin 96 faizi sayıldıqdan sonra ilkin nəticələrə əsasən, Milei-nin partiyası La Libertad Avanza (“İrəliləyən Azadlıq”) 39 faiz səslə seçkilərdə qələbə əldə edib.

Peronist müxalifətin yaratdığı Fuerza Patria (“Vətən Gücü”) isə səslərin yalnız 29,4 faizini toplaya bilib.

Milei-nin partiyası paytaxt Buenos-Ayreslə yanaşı, Kordoba, Santa Fe və Mendoza kimi mühüm əyalət və bölgələrdə də uğur qazanıb.

Müxalifət isə 7 sentyabrda keçirilən əyalət seçkilərində qalib gəldiyi Buenos-Ayresdə bu dəfə gözlənilməz məğlubiyyətlə üzləşib.

Bu nəticələr hakimiyyətə islahat layihələrini həyata keçirmək və müxalifətin prezident fərmanlarını bloklama cəhdlərini zəiflətmək üçün ciddi üstünlük qazandırıb.

La Libertad Avanza, Senatda 8 seçki dairəsindən 6-da qalib gəlsə də, qənaət siyasətini həyata keçirmək üçün lazım olan üçdəbir çoxluğa hələ ki çatmayıb.

Seçkilərdə iştirak faizi 67,85 olub ki, bu da Argentinanın 1983-cü ildə demokratiyaya qayıdışından bəri ən aşağı göstərici kimi qeydə alınıb.

Məqalədə: #Argentina #Argentina parlament seçkiləri 2025 #Argentina siyasəti #Argentina siyasi böhranı

Mövzu üzrə digər xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.