9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Sudanda zorakılıq və humanitar böhran hələ də davam edir

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanın Darfur bölgəsinin ən böyük şəhəri Faşirin Sürətli Dəstək Qüvvələri (RSF) tərəfindən ələ keçirilməsindən sonra qadınlar və uşaqlar da daxil olmaqla mülki şəxslərə qarşı zorakılığın davam etdiyi barədə xəbərdarlıq edib. BMT Baş Katibinin sözçü müavini Farhan Haq gündəlik mətbuat konfransında Sudandakı vəziyyəti şərh edib. O bildirib ki, Faşir şəhərində və ətrafında qadınlar, uşaqlar və digər dinc sakinlər hələ də zorakılığa məruz qalır.

4 Noyabr 2025 11:17
Sudanda zorakılıq və humanitar böhran hələ də davam edir

BAKI, AzerVoice, Nailə Babazadə

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanın Darfur bölgəsinin ən böyük şəhəri Faşirin Sürətli Dəstək Qüvvələri (RSF) tərəfindən ələ keçirilməsindən sonra qadınlar və uşaqlar da daxil olmaqla mülki şəxslərə qarşı zorakılığın davam etdiyi barədə xəbərdarlıq edib.

AzerVoice xəbər verir ki, BMT Baş Katibinin sözçü müavini Farhan Haq gündəlik mətbuat konfransında Sudandakı vəziyyəti şərh edib. O bildirib ki, Faşir şəhərində və ətrafında qadınlar, uşaqlar və digər dinc sakinlər hələ də zorakılığa məruz qalır.

Haq şəhərdə edamlar və cinsi zorakılıq barədə məlumatların daxil olduğunu, vətəndaşların şəhərdən çıxa bilmədiyini və xarici dünya ilə əlaqə qura bilmədiklərini bildirib. Onun sözlərinə görə, Faşirdə humanitar yardım işçiləri də daxil olmaqla yüzlərlə sivil həyatını itirib.

BMT rəsmisi həmçinin RSF tərəfindən humanitar yardımların çatdırılmasının əngəlləndiyini qeyd edərək, bu vəziyyətin “qəbuledilməz” olduğunu vurğulayıb və şəhərdə qalan insanlara yardımların dərhal və maneəsiz çatdırılması çağırışı edib.

26 oktyabr tarixindən bəri təxminən 71 min nəfərin Faşir və ətrafından qaçdığı bildirilib. Haq əlavə edib ki, bu şəxslərin çoxu qətl, qaçırma və cinsi zorakılığa məruz qalıb.

Haq, Sudan üçün hazırlanmış 2025-ci il humanitar yardım planının yalnız 28%-nin maliyyələşdirildiyini, planlaşdırılan 4,16 milyard dolların yalnız 1,17 milyard dollarının təmin olunduğunu qeyd edib.

Qeyd edək ki, Sudan 15 aprel 2023-cü ildən bəri ordu ilə xarici dəstəkli RSF arasında şiddətli döyüşlərə səhnə olur. Ölkənin qərbində yerləşən Darfur bölgəsinin ən böyük şəhəri Faşir, döyüşlərdən sonra böyük ölçüdə RSF-nin nəzarətinə keçib.

Şəhərdən qaçan on minlərlə insanın olduğu, SDQ-nın sivilləri zorla yerindən çıxardığı və çox sayda silahsız şəxsi öldürüb işgəncə verdiyi anlar SDQ üzvlərinin yayımladığı videolarda əks olunub.

Məqalədə: #BMT #Sudan #Sudan Səhiyyə Nazirliyi #Sudanın yenidən qurulması #Sudan ordusu və RSF münaqişəsi #Sudanda humanitar böhran #Sudanda xolera epidemiyası #Sudanda səhiyyə böhranı #Sudanda müharibənin səhiyyəyə təsiri #Sudanın siyasi vəziyyəti #Sudan toqquşmaları #Sudan vətəndaş müharibəsi 2023

Mövzu üzrə digər xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

8 Sentyabr 19:02
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.