Sudanda humanitar vəziyyət necədir?
Sudanın paytaxtı Xartumun Cənub Kəməri bölgəsində fəaliyyət göstərən bütün xeyriyyə mətbəxlərinin fəaliyyətini dayandırması on minlərlə ailə və köçkünü ağır ərzaq böhranı ilə üz-üzə qoyub. “Radio Dabənqa”nın məlumatına görə, bölgənin geri alınmasından sonra xarici maliyyələşmənin və yardım təşkilatlarına ayrılan vəsaitlərin kəsilməsi nəticəsində mətbəxlər fəaliyyətini dayandırıb. “Sədəqat”, “Hazirin” və “Nida” təşkilatları əvvəllər təxminən 50 min ailəyə yemək təmin edirdi.
Qəzza və Sudan yardım işçiləri üçün ən təhlükəli bölgələrdir - BMT
2025-ci ildə dünyada 907 humanitar yardım əməkdaşı öldürülüb, yaralanıb və ya oğurlanıb. BMT-nin məlumatına görə, Qəzza ardıcıl üçüncü ildir yardım işçiləri üçün dünyanın ən təhlükəli bölgəsi olaraq qalır. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) açıqlamasına əsasən, ötən il 350 humanitar əməkdaş həyatını itirib. Onlardan 186-sı Qəzzada, 71-i isə Sudanda öldürülüb.
Sudanda ölüm kameralarında 5 ay: Qadın jurnalistlərin həbsxana şəraiti necədir?
2026-cı il fevralın 28-də Cənubi Darfur əyalətinin mərkəzi Nyala şəhərində qadın hüquqları ilə bağlı təlim seminarına basqın edilib, 5 qadın jurnalist həbs olunaraq naməlum təcridxanalara aparılıb və onların sonrakı taleyi gizli saxlanılıb. Həbsdən 5 aydan çox vaxt keçməsinə baxmayaraq, nəzarətdə olan ərazilərdə media nümayəndələrini susdurmağa yönəlmiş addımlar fonunda onların vəziyyəti ağır olaraq qalır.
Sudanda döyüşlər 5 mindən çox insanı didərgin saldı
Sudanın Qərbi Darfur bölgəsində təhlükəsizlik vəziyyətinin pisləşməsi və silahlı toqquşmalar nəticəsində 10 kənddən 5 mindən çox insan evlərini tərk edib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, avqustun 8-də Qərbi Darfur əyalətinin Sarba bölgəsində 5 135 nəfər məcburi köçkün vəziyyətinə düşüb. Təşkilat bildirib ki, zərərçəkən ailələrin böyük hissəsi sərhədi keçərək Çada sığınıb.
Əl-Burhan və Oman sultanı Sudandakı hadisələri müzakirə ediblər
Sudan Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhan çərşənbə axşamı Maskatda Oman sultanı Heysəm bin Tariq ilə görüşərək bu Afrika dövlətindəki hadisələri müzakirə edib.Sultan Omanın Sudanın təhlükəsizliyi, sabitliyi və rifahına verdiyi dəstəyi ifadə edib. Əl-Burhan artıq dördüncü ilinə qədəm qoyan Sudandakı münaqişənin dialoq və dinc yollarla həlli, habelə milli birliyin gücləndirilməsi istiqamətində Omanın göstərdiyi səyləri yüksək qiymətləndirib. Agentlik əlavə edib ki, hər iki tərəf tərəfdaşlıq sahələrinin genişləndirilməsinin və konstruktiv əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
BMT-nin baş katibi Sudanda hərbi əməliyyatların dərhal dayandırılması üçün beynəlxalq birliyə müraciət edib
BMT-nin Baş katibi Antonio Quterreş çərşənbə günü verdiyi bəyanatda Sudan müharibəsinin üçüncü ildönümünün "faciəvi bir mərhələ" olduğunu bildirib və bu "kabusa" son qoymağa çağırıb. Berlin şəhərində keçirilən beynəlxalq donorlar toplantısına video-ismarıçla qatılan Quterreş Sudanın böyük vədlər verən bir ölkədən dünyanın ən böyük humanitar böhran ocağına çevrildiyini vurğulayıb.
BMT Sudan ordusu ilə vuruşan RSF komandirlərini hərbi cinayətlərdə və etnik təmizləmədə günahlandırır
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Darfurun Əl-Faşer şəhərində törədilən dəhşətli cinayətlərə görə Çevik Dəstək Qüvvələrinin (RSF) dörd yüksək rütbəli komandirinə qarşı sanksiya tətbiq olunması barədə qərar qəbul edib. BMT-nin keçən həftə apardığı araşdırma nəticəsində RSF-nin 18 ay davam edən mühasirə və oktyabrda Əl-Faşerin ələ keçirilməsi zamanı soyqırımı aktları törətdiyi müəyyən olunub. Sanksiya siyahısına daxil edilənlər arasında RSF komandirinin müavinləri Əbdülrəhim Hamdan Daqlo və Qedo Hamdan Əhməd, briqada generalı Əl-Fateh Abdullah İdris və səhra komandiri Tijani İbrahim yer alıb.
Sudanda məcburi köçkün düşərgəsinə dron zərbəsi: azı 15 uşaq həlak olub
BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatına görə, Sudanın Qərbi Kordofan bölgəsində məcburi köçkün düşərgəsinə endirilən dron zərbəsi nəticəsində azı 15 uşaq ölüb. UNICEF-in 18 fevral tarixli bəyanatında bildirilir: 16 fevralda Əl-Sunut ərazisində yerləşən məcburi köçkün düşərgəsinə dron zərbəsi endirilib, nəticədə azı 15 uşaq həlak olub, 10 uşaq yaralanıb.
BMT Sudanda 8 milyondan çox insanın kəskin aclıqla üz-üzə qaldığını açıqlayıb
BMT və tərəfdaşları Sudanda davam edən qarşıdurmalar, kütləvi köçkünlük və səhiyyə xidmətlərinə çıxışın məhdudlaşması səbəbindən humanitar qidalanma xidmətlərində kritik boşluqların yarandığını bəyan edib. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) hesabatına görə, 2026-cı ildə Sudanda təxminən 8,4 milyon insanın təcili qidalanma yardımına ehtiyacı olacaq.
Səudiyyə Ərəbistanının yardım agentliyi ehtiyacı olan ölkələrə humanitar dəstəyi davam etdirir
Səudiyyə Ərəbistanının "KSrelief" humanitar yardım agentliyi dünyanın ən həssas icmalarına həyati əhəmiyyətli yardımların çatdırılmasını sürətləndirib. Agentlik son fəaliyyətləri çərçivəsində Suriya Ərəb Respublikasının Hələb quberniyasında didərgin düşmüş 272 ailəyə sığınacaq dəstləri paylayıb.
Sudan ordusu və müttəfiq milis tərəfindən etnik zorakılıq kampaniyası
CNN, araşdırma jurnalistikası platforması Lighthouse Reports ilə birgə eksklüziv hesabatında Sudan ordusu və ona bağlı milislər tərəfindən həyata keçirilən etnik motivli zorakılıq kampaniyasını üzə çıxarıb.
Sudan yenidən dünyanın ən ağır humanitar böhranı olan ölkəsi seçilib
Beynəlxalq Xilasetmə Komitəsinin (IRC) yaydığı qlobal humanitar böhranlar üzrə izləmə siyahısına görə, Sudanda davam edən münaqişə on minlərlə insanın həyatına son qoyduğu bir vaxtda ölkə yenidən siyahının ilk sırasında yer alıb. Sudan bu siyahıya ardıcıl üçüncü dəfə başçılıq edir. Siyahı çərşənbə axşamı dərc olunub və yeni və ya daha da pisləşə biləcək humanitar fövqəladə vəziyyət riski altında olan 20 ölkəni əhatə edir. IRC-nin baş icraçı direktoru Devid Miliband açıqlamasında bildirib.