6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Sudan
Sudan

Sudanda döyüşlər 5 mindən çox insanı didərgin saldı

Sudanın Qərbi Darfur bölgəsində təhlükəsizlik vəziyyətinin pisləşməsi və silahlı toqquşmalar nəticəsində 10 kənddən 5 mindən çox insan evlərini tərk edib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, avqustun 8-də Qərbi Darfur əyalətinin Sarba bölgəsində 5 135 nəfər məcburi köçkün vəziyyətinə düşüb. Təşkilat bildirib ki, zərərçəkən ailələrin böyük hissəsi sərhədi keçərək Çada sığınıb.

10 Avqust 2026 10:41
Sudanda döyüşlər 5 mindən çox insanı didərgin saldı

BAKI,VOA Orxan Qədirzadə

Sudanın Qərbi Darfur bölgəsində təhlükəsizlik vəziyyətinin pisləşməsi və silahlı toqquşmalar nəticəsində 10 kənddən 5 mindən çox insan evlərini tərk edib.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, avqustun 8-də Qərbi Darfur əyalətinin Sarba bölgəsində 5 135 nəfər məcburi köçkün vəziyyətinə düşüb. Təşkilat bildirib ki, zərərçəkən ailələrin böyük hissəsi sərhədi keçərək Çada sığınıb.

Yeni köç dalğası avqustun 4-də bölgədə baş verən oxşar hadisədən sonra qeydə alınıb. Bundan əvvəl isə Beynəlxalq Miqrasiya Təşkilatı Sarbada 11 kənddən təxminən 6 600 nəfərin döyüşlər və təhlükəsizlik problemləri səbəbindən evlərini tərk etdiyini açıqlamışdı.

Biyar Sliba uğrunda döyüşlər

Toqquşmalar Qərbi Darfurun əsas yaşayış məntəqələrinə aparan mühüm marşrut üzərində yerləşən Biyar Sliba ərazisində baş verib. Darfur bölgəsinin qubernatoru Mini Arko Minavi Sudan ordusunun “Çevik Dəstək Qüvvələri”nin (RSF) bölgəyə həyata keçirdiyi genişmiqyaslı hücumun qarşısını aldığını bildirib.

RSF Darfurun beş əyalətinin böyük hissəsinə nəzarət edir. Şimali Darfurda isə bəzi ərazilər ordu və onun müttəfiqi olan silahlı qrupların nəzarətindədir. Sudan ordusu ölkənin digər əyalətlərinin böyük hissəsinə nəzarəti saxlayır.

Sudanda humanitar böhran dərinləşir

Sudanda ordu ilə RSF arasında 2023-cü ilin aprelindən davam edən müharibə ölkədə ağır humanitar böhrana səbəb olub. Münaqişə nəticəsində on minlərlə insan həyatını itirib, təxminən 13 milyon nəfər isə ölkə daxilində və xaricində məcburi köçkün vəziyyətinə düşüb.

Darfurda yeni döyüşlərin başlaması isə bölgədə onsuz da ağır olan humanitar vəziyyətin daha da pisləşməsi və yeni qaçqın dalğasının yaranması riskini artırır.

Məqalədə: #Beynəlxalq Miqrasiya Təşkilatı #Çevik Dəstək Qüvvələri #Sudanda humanitar böhran #Sudanda müharibə #Sudanda döyüşlər #Darfurda döyüşlər #Sudanda məcburi köçkünlər #Sudan Çad sərhədi #Çada sığınan sudanlılar

Mövzu üzrə digər xəbərlər

Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub
Sudan

Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub

3 Sentyabr 10:34
Sudanda humanitar vəziyyət necədir?
Sudan

Sudanda humanitar vəziyyət necədir?

22 Avqust 17:53
Qəzza və Sudan yardım işçiləri üçün ən təhlükəli bölgələrdir - BMT
Fələstin

Qəzza və Sudan yardım işçiləri üçün ən təhlükəli bölgələrdir - BMT

19 Avqust 13:47
Sudanda ölüm kameralarında 5 ay: Qadın jurnalistlərin həbsxana şəraiti necədir?
Sudan

Sudanda ölüm kameralarında 5 ay: Qadın jurnalistlərin həbsxana şəraiti necədir?

15 Avqust 17:18

Son Xəbərlər

Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
5 Sentyabr 22:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.