12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ və müttəfiqləri elmi inkişafımıza qarşı təzyiqləri təhlükəli mərhələyə keçirir - İran

İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ABŞ və onun müttəfiqlərini İranın elmi nailiyyətlərinə qarşı gərginliyi artırmaqda ittiham edib. Yəmənin “Əl-Məsirə” televiziyasına müsahibəsində İslami, İranın dinc nüvə obyektlərinə edilən hücumların ölkənin elmi potensialına qarşı görünməmiş təcavüz olduğunu bildirib. Onun sözlərinə görə, bu hücumların vaxtı və xarakteri qarşıdurmanın yeni və təhlükəli mərhələyə adladığını göstərir. İslami İranın hüquqlarından geri çəkilməyəcəyini vurğulayaraq qeyd edib ki, “Tehran heç vaxt öz hüquqlarından güzəştə getməyəcək və heç kimə iradəsini diktə etməyə icazə verməyəcək.”

17 Noyabr 2025 10:41
ABŞ və müttəfiqləri elmi inkişafımıza qarşı təzyiqləri təhlükəli mərhələyə keçirir - İran

BAKI, AzerVoice, Nailə Babazadə

İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ABŞ və onun müttəfiqlərini İranın elmi nailiyyətlərinə qarşı gərginliyi artırmaqda ittiham edib.

AzerVoice xəbər verir ki, Yəmənin “Əl-Məsirə” televiziyasına müsahibəsində İslami, İranın dinc nüvə obyektlərinə edilən hücumların ölkənin elmi potensialına qarşı görünməmiş təcavüz olduğunu bildirib. Onun sözlərinə görə, bu hücumların vaxtı və xarakteri qarşıdurmanın yeni və təhlükəli mərhələyə adladığını göstərir.

İslami İranın hüquqlarından geri çəkilməyəcəyini vurğulayaraq qeyd edib ki, “Tehran heç vaxt öz hüquqlarından güzəştə getməyəcək və heç kimə iradəsini diktə etməyə icazə verməyəcək.”

İranın hüquqi və beynəlxalq məsələlər üzrə xarici işlər nazirinin müavini Kazım Qəribabadi də eyni kanala açıqlamasında ABŞ-ın son təcavüzlərə görə məsuliyyət daşımalı olduğunu, Vaşinqtonun nəticələrə tam cavabdeh olacağını bildirib.

Qəribabadi İranın yeni çəkindirici tədbirlər hazırladığını açıqlayaraq ölkənin elmi inkişafını davam etdirməkdə qərarlı olduğunu qeyd edib. O, ABŞ sanksiyalarını “effektsiz” adlandıraraq İran xalqının təzyiqlərə yaradıcılıq və dözümlülüklə uyğunlaşdığını deyib.

Rəsmi əlavə edib ki, İran elmi nailiyyətlərini hədəfləyən hər hansı ədalətsiz addıma sərt cavab verəcək və bunun üçün Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə münasibətlərə fundamental yenidən baxa biləcəyini istisna etmir.

Bazar günü İranın xarici işlər naziri Abbas Əraqçi də bildirib ki, İsrail rejimi və ABŞ-ın bu qarşıdurmada hədəfləri uğursuz olub: “Əgər onların məqsədi İranın nüvə proqramını məhv etmək idisə, buna nail ola bilmədilər.”

Məqalədə: #İran #Nüvə tərksilahı üzrə konfrans #nüvə enerjisi #nüvə silahı #İran-ABŞ münasibətləri #İranın nüvə danışıqları #İranın nüvə silahlanma ehtimalı #İran–ABŞ danışıqları #İran və ABŞ arasında dolayısı danışıqlar #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #İran nüvə təhlükəsi #İran nüvə razılaşması #ABŞ İran toqquşması #nüvə sazişindən sonrakı İran

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.