9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Perunun keçmiş prezidentinə rüşvətə görə 14 il həbs cəzası verilib

Perunun keçmiş dövlət başçısı Martin Viskarra rüşvət alma ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. O, eyni zamanda 9 il ərzində dövlət qulluğunda çalışmaqdan məhrum olunub. Paytaxt Lima şəhərində keçirilən məhkəmə prosesində Viskarranın 2011–2014-cü illərdə Moqueqa bölgəsinin rəhbəri olduğu dövrdə bəzi iş adamlarından onları dövlət tenderlərində üstün tutmaq üçün pul aldığı iddia olunub.

27 Noyabr 2025 10:05
Perunun keçmiş prezidentinə rüşvətə görə 14 il həbs cəzası verilib

BAKI, AzerVoice, Nailə Babazadə

Perunun keçmiş dövlət başçısı Martin Viskarra rüşvət alma ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. O, eyni zamanda 9 il ərzində dövlət qulluğunda çalışmaqdan məhrum olunub.

AzerVoice xəbər verir ki, paytaxt Lima şəhərində keçirilən məhkəmə prosesində Viskarranın 2011–2014-cü illərdə Moqueqa bölgəsinin rəhbəri olduğu dövrdə bəzi iş adamlarından onları dövlət tenderlərində üstün tutmaq üçün pul aldığı iddia olunub.

Məhkəmə, təqdim olunan ittihamları əsas götürərək Viskarranı rüşvət almaqda təqsirli bilib və ona 14 il həbs cəzası verib. Hökmlə yanaşı, ona 9 il müddətinə dövlət vəzifələrində çalışma qadağası da tətbiq edilib.

Qərara etiraz edən Viskarra özünü təqsirsiz adlandıraraq bildirib ki, “Özəl sektor nümayəndələri məhkəmə prosesi boyunca təsdiqləyə bilmədikləri ifadələr verdilər. Bu hökmü haqlı çıxaracaq heç bir əsas yoxdur.”

Mətbuatın yazdığına görə, sabiq prezidentin digər keçmiş dövlət başçıları ilə birlikdə Barbadillo Həbsxanasına göndərilməsi gözlənilir. Bununla da o, Alehandro Toledo, Ollanta Humala və Pedro Kastilyodan sonra həmin həbsxanaya göndərilən dördüncü sabiq prezident ola bilər.

Peru son illərdə istefalar, vəzifədən uzaqlaşdırmalar və siyasi böhranlarla müşayiət olunan dərin siyasi qeyri-sabitlik dövründən keçir. 2018-ci ildən bəri ölkədə müxtəlif səbəblərlə yeddi dövlət başçısı vəzifədən kənarlaşdırılıb.

Məqalədə: #Peru #korrupsiya #korrupsiya iddiaları #rüşvət #Martin Viskarra #rüşvət ittihamı

Mövzu üzrə digər xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

8 Sentyabr 19:02
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.