"İmamoğlu mütəşəkkil cinayətkar dəstəsi" işi üzrə məhkəmə başlayır: 407 müttəhim mühakimə olunur
"İmamoğlu mütəşəkkil cinayətkar dəstəsi"nə yönəlik 105-i həbsdə olmaqla, ümumilikdə 407 müttəhim barəsində açılan məhkəmə işinin ilk iclası bu gün başlayır. Məhkəmə prosesinin aprel ayının sonuna qədər həftənin 4 günü davam etməsi planlaşdırılır. İstanbul 40-cı Ağır Cinayətlər Məhkəməsinin 1-ci heyəti tərəfindən Silivridəki Mərmərə Açıq Həbsxana Kompleksinin məhkəmə zalları binasında keçiriləcək mühakimə prosesində aprel ayının sonunadək bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri iclaslar keçiriləcək. Məhkəmənin ilk günündə müttəhimlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, ittihamnamənin xülasəsinin oxunması və müdafiə çıxışlarının alınması gözlənilir.
Perunun keçmiş prezidentinə rüşvətə görə 14 il həbs cəzası verilib
Perunun keçmiş dövlət başçısı Martin Viskarra rüşvət alma ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. O, eyni zamanda 9 il ərzində dövlət qulluğunda çalışmaqdan məhrum olunub. Paytaxt Lima şəhərində keçirilən məhkəmə prosesində Viskarranın 2011–2014-cü illərdə Moqueqa bölgəsinin rəhbəri olduğu dövrdə bəzi iş adamlarından onları dövlət tenderlərində üstün tutmaq üçün pul aldığı iddia olunub.
Ekrem İmamoğlu üçün iddianamə İstanbul məhkəməsi tərəfindən qəbul edilib
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “Korrupsiya” istintaqı çərçivəsində, Ekrem İmamoğlu və mənfəət məqsədli cinayət təşkili ilə bağlı hazırlanmış iddianamə İstanbul 40. Ağır Cinayət Məhkəməsi tərəfindən qəbul edilib.
İstanbul Baş Prokurorluğu İmamoğlu təşkilatı işi üzrə ittiham aktını tamamlayıb
İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən “İmamoğlu məqsədli cinayət təşkilatı”na yönəlmiş istintaq çərçivəsində 105-i həbsdə olmaqla 402 şübhəli barəsində ittiham aktı hazırlanıb.
İsraildə baş nazir Netanyahunun məhkəməsi müddətsiz təxirə salına bilər
İsraildə Baş Nazir Benyamin Netanyahu barəsində korrupsiya ittihamları ilə açılmış məhkəmə işlərinin müddətsiz təxirə salınmasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə, koalisiya üzvü deputat Limor Son Har-Melech tərəfindən təqdim olunub və baş prokurorluq tərəfindən “konstitusiyaya zidd” hesab edilib. Müxalifət layihənin ikili ədalət sisteminə yol açacağını bildirərək, Baş Nazirə xüsusi imtiyaz verilməsinin əleyhinə çıxıb. Sağçı Milli Təhlükəsizlik Naziri Itamar Ben-Gvir isə layihənin seçilmişləri siyasi təzyiqdən qoruyacağını bildirib.
Türkiyədə İBB ilə bağlı istintaqda 20-ə yaxın şübhəli saxlanılıb
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) aid istintaq çərçivəsində, “İstanbul Senin” tətbiqi vasitəsilə 4,7 milyon istifadəçinin şəxsi məlumatları və yer məlumatlarının iki ölkəyə sızdırılması iddiası ilə 15 nəfər saxlanılıb. İstanbul Cumhuriyyət Baş Prokurorluğunun açıqlamasında bildirilir ki, Ekrem İmamoğlu rəhbərliyində fəaliyyət göstərən cinayət təşkilatı ilə bağlı aparılan araşdırmalar zamanı həmin tətbiq vasitəsilə istifadəçi məlumatlarının “darkweb”də satışa çıxarıldığı və “İBB Hanem” adlı alt tətbiqdə 11 milyon vətəndaşın seçki məlumatlarının proqramdan xaricə sızdırıldığı müəyyən edilib.
Beyoğlu Bələdiyyə Başçısı İnan Güney vəzifəsindən uzaqlaşdırılıb
Türkiyə Daxili İşlər Nazirliyi Güneyin İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs edildiyini və vəzifədən kənarlaşdırıldığını açıqlayıb. Qeyd edək ki,İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqda “cinayət təşkilatına rəhbərlik”, “cinayət təşkilatına üzv olmaq”, “qəsbkarlıq”, “rüşvət alma”, “ağırlaşdırılmış fırıldaqçılıq”, “dələduzluq” və “tender saxtakarlığı” kimi ittihamlarda müqəssir bilinən Beyoğlu Bələdiyyə Başçısı İnan Güney və daha 39 nəfər Avqustun 15-də saxlanılmışdı.
İstanbulda korrupsiya əməliyyat istintaqında saxlanılanların sayı 45-ə çatıb
İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) korrupsiya istintaqı çərçivəsində saxlanılan Beyoğlu Bələdiyyə Başçısı İnan Güney də daxil olmaqla 44 nəfər ədliyyəyə sövq olunub. Daha bir nəfərin saxlanılması ilə şübhəlilərin ümumi sayı 45-ə yüksəlib. İstanbul Baş Prokurorluğunun apardığı istintaqa əsasən, Medya A.Ş., Kültür A.Ş. və İBB daxilində müxtəlif fırıldaqçılıq fəaliyyətlərində iştirak etdikləri müəyyən edilən 35 nəfər, eləcə də Murat Ongun və qaçaq vəziyyətdə olan Emrah Bağdatlı ilə əlaqəsi olduğu iddia edilən 9 nəfər saxlanılıb
İstanbulda korrupsiya əməliyyatında Beyoğlu Bələdiyyə Başçısı saxlanılıb
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq “cinayət təşkilatına rəhbərlik”, “cinayət təşkilatına üzv olmaq”, “qəsbkarlıq”, “rüşvət alma”, “ağırlaşdırılmış fırıldaqçılıq”, “dələduzluq” və “tender saxtakarlığı” kimi ittihamları əhatə edir. Araşdırmalar zamanı şübhəli Murat Ongun və qaçaqda olan Emrah Bağdatlı ilə əlaqəli, Medya A.Ş., Kültür A.Ş. və İstanbul Böyükşəhər Bələdiyyəsində müxtəlif fırıldaqçılıq fəaliyyətlərində iştirak etməkdə şübhəli bilinən 35 nəfər müəyyən edilib.
Antalyada bələdiyyədə rüşvət əməliyyatı zamanı 17 nəfər saxlanılıb
Türkiyənin Antalya şəhərində aparılan istintaq çərçivəsində bələdiyyə ilə bağlı rüşvət iddialarına görə keçirilən əməliyyatda 17 şübhəli nəzarətə götürülüb. Qeyd edək ki, əməliyyat yerli polis və prokurorluğun koordinasiyalı fəaliyyəti nəticəsində həyata keçirilib. Saxlanılan şəxslərin ifadələri əsasında istintaq davam etdirilir.
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı keçirilən əməliyyatda 4 nəfər həbs olunub
Jandarm qüvvələri tərəfindən aparılan əməliyyat çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı müxtəlif ünvanlarda axtarışlar aparılıb. Əməliyyat nəticəsində 14 nəfər saxlanılaraq həbs olunub. Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı son aylarda bir neçə dəfə hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar və əməliyyatlar həyata keçirilib.
İBB-yə qarşı korrupsiya əməliyyatında 24 şübhəli məhkəməyə göndərilib
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində Əziz İhsan Aktaş cinayətkar təşkilatına qarşı İstanbul, Antalya, Çanaqqala, Trabzon, Bursa və Giresun şəhərlərində eyni vaxtda keçirilən əməliyyatlarda saxlanılan 24 nəfər məhkəməyə təqdim edilib.