5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediaya girişinə qadağa qüvvəyə minir

Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediaya girişini qadağan edən yeni qaydanın qüvvəyə minməsinə günlər qalmış, ABŞ-ın texnologiya şirkəti Meta, Facebook və İnstagramda təxminən yarım milyon hesabı bağlamağa başlayıb. 10 dekabrda tətbiq olunacaq qadağaya əsasən, Meta noyabr ayında etdiyi açıqlamadan sonra, bu gündən etibarən 16 yaşdan kiçik olduğunu müəyyən etdiyi istifadəçilərin hesablarını deaktiv etməyə başlayıb.

5 Dekabr 2025 11:54
Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediaya girişinə qadağa qüvvəyə minir

BAKI,AzerVoice, Nailə Babazadə

Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediaya girişini qadağan edən yeni qaydanın qüvvəyə minməsinə günlər qalmış, ABŞ-ın texnologiya şirkəti Meta, Facebook və İnstagramda təxminən yarım milyon hesabı bağlamağa başlayıb.

AzerVoice xəbər verir ki, 10 dekabrda tətbiq olunacaq qadağaya əsasən, Meta noyabr ayında etdiyi açıqlamadan sonra, bu gündən etibarən 16 yaşdan kiçik olduğunu müəyyən etdiyi istifadəçilərin hesablarını deaktiv etməyə başlayıb.

Meta həmçinin, Avstraliyadakı bu istifadəçilərin yeni hesab açmasının qarşısını almağa başlayıb.

Meta-nın sözçüsü açıqlamasında bildirib ki, 16 yaşdan kiçik istifadəçilər Instagram, Threads və Facebookdakı rəqəmsal məzmunlarını yükləyə biləcək, 16 yaşına çatmadan əvvəl hesablarını yenidən açmaq imkanı barədə məlumatlandırılacaqlar və məzmunları eyni şəkildə geri yüklənəcək.

Avstraliya Rabitə Naziri Anika Wells açıqlamasında qeyd edib ki, yaş doğrulama sistemi mövcud hesabları filtrələmək üçün zaman alacaq, amma qayda geri çəkilmədən tətbiq olunacaq.

Meta-nın məlumatına görə, ölkədə 13-15 yaş arasında təxminən 350 min Instagram və 150 min Facebook istifadəçisi mövcuddur.

Bu arada, Avstraliyada 15 yaşlı iki gənc, qaydaya qarşı Ali Məhkəmədə xüsusi məhkəmə iclası keçirmək hüququ qazanıb.

Məhkəməyə təqdim edilən ərizədə bildirilir ki, qadağa sosial medianın “zərərli xüsusiyyətlərini hədəfləmir”, əksinə, 13-15 yaş arası gənclərin ifadə azadlığını geniş şəkildə məhdudlaşdırır.

Tərəflər razılaşıblar ki, məsələ ən erkən 2026-cı ilin fevralında xüsusi bir iş çərçivəsində araşdırılsın. Buna görə də qadağa, 10 dekabrda planlandığı kimi qüvvəyə minəcək.

Avstraliyadakı yeni qanunvericiliyə görə, YouTube, Facebook, TikTok, Snapchat, Reddit, Instagram və X kimi qlobal sosial media platformaları 10 dekabrdan etibarən qanuna əməl etməsələr, təxminən 33 milyon dollaradək cərimə ilə üzləşə bilərlər.

Məqalədə: #Avstraliya #TikTok #X sosial media platforması #sosial media #sosial media qadağası #Sosial media müzakirələri #Sosial media xəbərdarlığı #Sosial media təsirləri #YouTube #sosial media psixoloji təsiri #Avstraliya sosial media qadağası #16 yaşdan kiçik uşaqlar sosial media #Facebook və Instagram hesab bağlanması #Sosial media istifadəçiləri filtrə #Sosial media cəriməsi #Rəqəmsal məzmun yükləmə #Snapchat və Reddit qadağası #Sosial media platformalarının məsuliyyəti

Mövzu üzrə digər xəbərlər

ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib
Texnologiya

ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

22 Avqust 21:52
ABŞ-də texnologiya şirkətlərinə qarşı böyük məhkəmə prosesi başlayır
Texnologiya

ABŞ-də texnologiya şirkətlərinə qarşı böyük məhkəmə prosesi başlayır

10 Avqust 20:19
Meta ilə Hindistan hökuməti arasında gərginliyin səbəbi nədir?
Texnologiya

Meta ilə Hindistan hökuməti arasında gərginliyin səbəbi nədir?

5 Avqust 19:11
TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq
Texnologiya

TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

21 İyul 22:40

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.