15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ Məhkəməsi Tramp administrasiyasına Rumeysa Öztürkün tələbə statusunu bərpa etməyi tapşırdı

ABŞ Federal Məhkəməsi Donald Tramp administrasiyasının qərarını ləğv edərək Tufts Universitetinin doktorant tələbəsi Rumeysa Öztürkün tələbə statusunun bərpa olunması barədə göstəriş verib. Qərar tələbənin miqrasiya saxlanma mərkəzində səkkiz ay ərzində qanunsuz şəkildə saxlanılması ilə bağlı proseslər fonunda elan olunub.

9 Dekabr 2025 12:16
ABŞ Məhkəməsi Tramp administrasiyasına Rumeysa Öztürkün tələbə statusunu bərpa etməyi tapşırdı

BAKI, AzerVoice, Fərid Mikayılov

ABŞ Federal Məhkəməsi Donald Tramp administrasiyasının qərarını ləğv edərək Tufts Universitetinin doktorant tələbəsi Rumeysa Öztürkün tələbə statusunun bərpa olunması barədə göstəriş verib. Qərar tələbənin miqrasiya saxlanma mərkəzində səkkiz ay ərzində qanunsuz şəkildə saxlanılması ilə bağlı proseslər fonunda elan olunub.

AzerVoice xəbər verir ki, məhkəmənin hakimi Denise Kaspers imzaladığı qərarla Öztürkün ABŞ Gömrük və Miqrasiya Xidməti (ICE) tərəfindən idarə olunan SEVIS tələbə bazasından silinməsinin qanunsuz olduğunu bildirib və onun qeydiyyatının dərhal bərpasını tələb edib.

Bu addım tələbəyə təhsil proqramı üzrə tədqiqat aparmaq və işləmək hüququnu yenidən təmin edir.

Öztürk açıqlamasında tələbə vizasının “qanunsuz şəkildə ləğv edildiyini” bildirib:

“Səkkiz ay sonra nəhayət ki, tələbə qeydiyyatım bərpa olunacaq. Həbsim və Louisianada 45 gün davam edən qeyri-qanuni saxlanılmam mənə təhsil hüquqları əllərindən alınan insanlar – xüsusilə də Qəzzadakı tələbələr barədə daha dərindən düşünməyə vadar etdi”- deyə o bildirib.

Öztürk Tramp administrasiyasının İsrailin Qəzzadakı hərbi əməliyyatlarına etiraz edən tələbələrə qarşı həyata keçirdiyi genişmiqyaslı tədbirlər çərçivəsində 25 mart 2024-cü ildə saxlanılmışdı. O, “HƏMAS-a dəstək vermək” adı altında vizasının ləğv edilməsi ilə üzləşmiş, amma vəkilləri bu iddianı əsassız adlandırmışdı.

Tələbə Tufts Daily qəzetində dərc olunan və “Fələstin soyqırımının tanınması” və universitetin İsraillə əlaqəli şirkətlərdən vəsaitlərini geri çəkməsi çağırışı edən məqalənin həmmüəlliflərindən biri olub.

Məqalədə: #Türkiyə #Tramp administrasiyası #Rümeysa Öztürk #Rümeysa Öztürk kimdir #Rümeysa Öztürk ABŞ #Rümeysa Öztürk deportasiya #Rümeysa Öztürk xəbərləri 2025 #Rümeysa Öztürkün hüquqi müdafiəsi

Mövzu üzrə digər xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Digər Xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır

14 Sentyabr 18:11
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

Kəşmirdə internet 100 gündən çoxdur məhdudlaşdırılıb
Kəşmirdə internet 100 gündən çoxdur məhdudlaşdırılıb
15:27
İƏT və Suriya insan hüquqları üzrə əməkdaşlığı genişləndirir
İƏT və Suriya insan hüquqları üzrə əməkdaşlığı genişləndirir
15:18
İordaniya və BƏƏ Həcc əməkdaşlığını gücləndirir
İordaniya və BƏƏ Həcc əməkdaşlığını gücləndirir
15:08
Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı
Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı
15:00
Məhəmməd bin Salman əs-Sisi ilə Misirdə görüşəcək
Məhəmməd bin Salman əs-Sisi ilə Misirdə görüşəcək
14:59
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.