14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ Sudanda müharibəni dəstəkləyənlərə qarşı sanksiyalar tətbiq edib

ABŞ administrasiyası çərşənbə günü Sudandakı müharibəni qızışdırmaqda ittiham etdiyi şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi bildirib ki, hədəf alınanlar paramilitar Sürətli Dəstək Qüvvələri (RSF) üçün döyüşçülər, o cümlədən uşaqlar da daxil olmaqla hərbi təlim keçən transmillət şəbəkəsinin üzvləridir. Bu baradə ABŞ Maliyyə Nazirliyinin Teror və Maliyyə Kəşfiyyatı üzrə Müavini Con Hurli açıqlama verib.

10 Dekabr 2025 11:56
ABŞ Sudanda müharibəni dəstəkləyənlərə qarşı sanksiyalar tətbiq edib

BAKI, AzerVoice, Nailə Babazadə

ABŞ administrasiyası çərşənbə günü Sudandakı müharibəni qızışdırmaqda ittiham etdiyi şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi bildirib ki, hədəf alınanlar paramilitar Sürətli Dəstək Qüvvələri (RSF) üçün döyüşçülər, o cümlədən uşaqlar da daxil olmaqla hərbi təlim keçən transmillət şəbəkəsinin üzvləridir.

AzerVoice xəbər verir ki, bu baradə ABŞ Maliyyə Nazirliyinin Teror və Maliyyə Kəşfiyyatı üzrə Müavini Con Hurli açıqlama verib.

"RSF dəfələrlə mülki şəxsləri, o cümlədən körpələri və uşaqları hədəf alıb. Onun qəddarlığı münaqişəni dərinləşdirib və regionu sabitsizləşdirib, bu isə terror qruplarının böyüməsi üçün şərait yaradır." - deyə Hurli qeyd edib.

Nazirliyin açıqlamasına görə, apreldən 2023-cü il başlayan münaqişə ərzində RSF və müttəfiq silahlı qruplar dəfələrlə mülki əhalini hədəf alıb, kişiləri və oğlan uşaqlarını qəsdən öldürüb, qadın və qızlara qarşı isə zorakılıq edib. RSF ən son bu cür hərəkətləri Şimali Darfurun paytaxtı Əl-Fəşirdə həyata keçirib.

ABŞ həmçinin bildirib ki, Kolumbiyalı döyüşçülərin dəstəyi ilə RSF 26 oktyabr 2025-ci ildə 18 aylıq mühasirədən sonra Əl-Fəşir şəhərini ələ keçirib və orada geniş miqyaslı mülki qırğınlar, etnik əsaslı işgəncələr və cinsi zorakılıq törədib.

7 yanvar 2025-ci ildə Dövlət Departamenti RSF üzvlərinin genosid törətdiyi qənaətinə gəldiyini açıqlayıb.

ABŞ sanksiyalarla yanaşı, 12 sentyabr 2025-ci ildə Sudanda sülh və təhlükəsizliyin bərpasına dair verilmiş Birləşmiş Bəyannamənin prinsiplərinə sadiqliyini təsdiqləyib. Bu bəyannamə üç aylıq humanitar atəşkəs, daimi sülh sazişi və müstəqil, vətəndaş idarəli hökumətə keçid prosesini nəzərdə tutur.

Açıqlamada qeyd olunub ki, 2024-cü ilin sentyabrından bəri yüzlərlə keçmiş Kolumbiya hərbçisi RSF ilə birlikdə döyüşmək üçün Sudanə yollanıb. Bu döyüşçülər RSF-ə taktiki və texniki bilik təmin edir, piyadalar, artilleriyaçı və dron pilotları kimi fəaliyyət göstərir, bəziləri isə uşaqları hərbi təlimə cəlb edir.

Sanksiyalar çərçivəsində hədəfə alınan şəxslər arasında Dubayda yaşayan keçmiş Kolumbiya hərbçisi Alvaro Andres Quijano Becerra, həyat yoldaşı Claudia Viviana Oliveros Forero və Kolumbiyada fəaliyyət göstərən Maine Global Corp SAS (Maine Global Corp) və digər şirkətlər var. Bu şəxslər və təşkilatlar Kolumbiya döyüşçülərinin Sudana cəlb olunması, maaşların ödənməsi və maliyyə əməliyyatlarının həyata keçirilməsində əsas rol oynayıblar.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, 2024 və 2025-ci illərdə Duque ilə əlaqəli ABŞ şirkətləri milyonlarla dollar məbləğində köçürmələr həyata keçiriblər, bu prosesdə Maine Global Corp, Global Staffing və digər şirkətlər iştirak edib.

Məqalədə: #ABŞ Dövlət Departamenti #Sudan ordusu və RSF münaqişəsi #ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) #Sudan RSF hücumu #Əl-Fəşirdə humanitar böhran #Sudan ordusu və RSF toqquşması #Sürətli Dəstək Qüvvələri (RSF) #RSF-in nəzarətindəki Əl-Fəşərdə qadın və qızların qaçırılması barədə xəbərlər artır #RSF-in nəzarət-buraxılış məntəqələrində zorakılıq faktları sənədləşdirilib #Sudanda humanitar böhran böyüyür: RSF hücumları #RSF-in atəşkəs razılığı döyüşləri dayandırmadı

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
13 Sentyabr 20:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.