5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Venesuela xalqının rifahı hər şeydən üstün olmalıdır - Roma Papası

Papa XIV Leo bazar günü ABŞ əməliyyatı nəticəsində Prezident Nikolas Maduronun devrilməsindən sonra Venesuelada xalqın rifahının üstün tutulmalı olduğunu bildirib və ölkənin suverenliyinin təmin edilməsinə çağırıb.

4 Yanvar 2026 19:57
Venesuela xalqının rifahı hər şeydən üstün olmalıdır - Roma Papası

BAKI, AzerVoice, Nailə Babazadə

Papa XIV Leo bazar günü ABŞ əməliyyatı nəticəsində Prezident Nikolas Maduronun devrilməsindən sonra Venesuelada xalqın rifahının üstün tutulmalı olduğunu bildirib və ölkənin suverenliyinin təmin edilməsinə çağırıb.

AzerVoice xəbər verir ki, Vatikanın Müqəddəs Pyotr meydanında keçirilən Angelus duasından sonra danışan Papa, “Əziz Venesuela xalqının rifahı bütün digər mülahizələrdən üstün olmalı, zorakılığın aradan qaldırılmasına, ədalət və sülh yollarına qədəm qoyulmasına və ölkənin suverenliyinin təmin edilməsinə yönəlməlidir”, - deyə vurğulayıb.

Qeyd edək ki, ABŞ Venesuelanın devrilmiş prezidenti Nikolas Maduronu şənbə günü Nyu-Yorkda həbs edərək həbsxanaya yerləşdirib. Vaşinqton eyni zamanda Venesuelada “keçid dövrünü idarə etmək” niyyətində olduğunu və ölkənin zəngin neft ehtiyatlarından istifadə edəcəyini açıqlayıb.

Çin Xarici İşlər Nazirliyi şənbə günü ayrıca bəyanatla ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi addımları və prezidentə qarşı görülən tədbirləri kəskin şəkildə pisləyib. Pekin bu prosesdən “son dərəcə sarsıldığını” bildirib və əməliyyata qəti şəkildə qarşı çıxdığını vurğulayıb.

Nazirlik açıqlamasında qeyd edib ki, ABŞ-nin açıq güc tətbiqi və hegemon xarakterli bu cür hərəkətləri beynəlxalq hüququ və Venesuelanın suverenliyini ciddi şəkildə pozur, Latın Amerikası və Karib hövzəsində sülh və təhlükəsizliyi təhdid edir.

Çin ABŞ-ni beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə əməl etməyə çağırıb, digər dövlətlərin suverenliyinin və təhlükəsizliyinin pozulmasına son qoymağa səsləyib.

Məqalədə: #Venesuela #Nikolas Maduro #Roma papası #Papa XIV Leo #Venesuela xəbərləri #Nikolas Maduro çıxışı #Maduro çağırışı #Venesuela mülki könüllülər #Venesuela müxalifəti #ABŞ Venesuela əməliyyatı #Venesuela–ABŞ gərginliyi #Nikolas Maduro ABŞ münasibətləri #Venesuela hökuməti #Maduro iddiasının beynəlxalq təsirləri

Mövzu üzrə digər xəbərlər

Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb
Digər Dövlətlər

Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

31 Avqust 09:37
ABŞ Venesuelanın nəhəng neft ehtiyatlarına sahib çıxmağa hazırlaşır?
Digər Dövlətlər

ABŞ Venesuelanın nəhəng neft ehtiyatlarına sahib çıxmağa hazırlaşır?

28 Avqust 10:41
Papa XIV Leo Livan prezidenti ilə görüşdə İsraillə qarşıdurmadan narahatlığını bildirib
Livan

Papa XIV Leo Livan prezidenti ilə görüşdə İsraillə qarşıdurmadan narahatlığını bildirib

20 Avqust 18:44
Perunun yeni xarici işlər naziri ABŞ ilə münasibətlərin gücləndiriləcəyini bildirib
Digər Dövlətlər

Perunun yeni xarici işlər naziri ABŞ ilə münasibətlərin gücləndiriləcəyini bildirib

31 İyul 22:17

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.