4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Venesuelaya qarşı deyil, narkotik kartellərinə qarşı mübarizə aparırıq - Rubio

ABŞ-ın dövlət katibi Marko Rubio Venesuelaya qarşı müharibə aparmadıqlarını, narkotik kartellərinə qarşı mübarizə apardıqlarını iddia edərək, iqtisadi blokada vasitəsilə “bu ölkənin gələcək istiqamətinin ABŞ tərəfindən müəyyən ediləcəyini” bildirib. ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi nəticəsində Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması ilə bağlı Amerika mediasına müsahibələr verən Rubio hərbi əməliyyatı müdafiə edib.

4 Yanvar 2026 20:38
Venesuelaya qarşı deyil, narkotik kartellərinə qarşı mübarizə aparırıq - Rubio

BAKI, AzerVoice, Nailə Babazadə

ABŞ-ın dövlət katibi Marko Rubio Venesuelaya qarşı müharibə aparmadıqlarını, narkotik kartellərinə qarşı mübarizə apardıqlarını iddia edərək, iqtisadi blokada vasitəsilə “bu ölkənin gələcək istiqamətinin ABŞ tərəfindən müəyyən ediləcəyini” bildirib.

AzerVoice xəbər verir ki, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi nəticəsində Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması ilə bağlı Amerika mediasına müsahibələr verən Rubio hərbi əməliyyatı müdafiə edib.

ABC News kanalına danışan ABŞ dövlət katibi Venesuelaya məxsus neft tankerlərinə hələ də karantin tətbiq olunduğunu bildirib və bu yolla Karakasın iqtisadi baxımdan ABŞ-ın istəmədiyi addımları ata bilməyəcəyini deyib.

Rubio, “Burada idarə etdiyimiz məsələ bu prosesin gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyidir. Tankerlərə tətbiq olunan karantin bu mövzuda əlimizdə olan əsas vasitədir”, — deyə qeyd edib.

NBC News kanalındakı proqramda Rubiodan Venesuelada neçə ABŞ hərbçisinin olduğu soruşulub. O isə “ABŞ ordusunun bu ölkədə daimi olaraq yerləşdirilmiş əsgəri yoxdur” cavabını verib.

Rubio bildirib ki, “Venesuelada sahədə əsgərimiz yoxdur. Maduronu yaxalamaq üçün təxminən iki saatlıq müddətə bu ölkəyə hərbçilər göndərildi”.

ABŞ dövlət katibi Venesuela mənşəli “şübhəli narkotik gəmilərinə” qarşı hücumların davam etdiriləcəyini və sanksiya tətbiq olunan gəmilərin ələ keçiriləcəyini də açıqlayıb.

Rubio, “Biz burada narkotik qaçaqmalçılığı ilə məşğul olan təşkilatlarla mübarizə aparırıq. Bu, Venesuelaya qarşı müharibə deyil”, — deyə vurğulayıb.

Xatırladaq ki, Venesuelanın paytaxtı Karakasda bir gün əvvəl yerli vaxtla təxminən saat 02:00-da partlayış və təyyarə səsləri eşidilmişdi. Hadisədən sonra Venesuela hakimiyyəti ABŞ-ı ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücum etməkdə ittiham edib.

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduroya qarşı genişmiqyaslı hücum həyata keçirildiyini, Maduronun və həyat yoldaşının ölkə xaricinə çıxarıldığını açıqlamışdı.

ABŞ-ın ədliyyə naziri Pam Bondi isə Nikolas Maduro və həyat yoldaşı Siliya Flores barəsində ABŞ-da cinayət işi qaldırıldığını, Maduronun “narkotik terrorizmi, kokain qaçaqmalçılığı, ABŞ-a qarşı avtomatik silah və dağıdıcı qurğulara sahib olmaq” ittihamları ilə üzləşdiyini bildirmişdi.

Venesuela rəhbərliyi ABŞ-ın hərəkətlərinin beynəlxalq ictimaiyyət tərəfindən pislənməsi üçün çağırış edib. Bəzi ölkələr hücumu tənqid edərkən, digərləri açıqlamaları ilə ABŞ-a dəstək verdiklərini bəyan ediblər.

Məqalədə: #ABŞ Dövlət Departamenti #Marko Rubio #ABŞ Venesuela gəmilər #Venesuela–ABŞ gərginliyi #ABŞ Venesuela böhranı #ABŞ Venesuela hərbi müdaxilə #ABŞ–Venesuela münasibətləri #ABŞ-ın Venesuelaya hücumu #Venesuela ABŞ hücumları #ABŞ-ın Venesuelaya zərbələri #Venesuela hökumətinin ABŞ-a reaksiyası

Mövzu üzrə digər xəbərlər

ABŞ Venesuelanın nəhəng neft ehtiyatlarına sahib çıxmağa hazırlaşır?
Digər Dövlətlər

ABŞ Venesuelanın nəhəng neft ehtiyatlarına sahib çıxmağa hazırlaşır?

28 Avqust 10:41
Beynəlxalq Cinayət Məhkəməsinin sədri ABŞ-nin təzyiqlərinə cavab verib
Digər Dövlətlər

Beynəlxalq Cinayət Məhkəməsinin sədri ABŞ-nin təzyiqlərinə cavab verib

26 Avqust 18:19
Suriya ilə münasibətlərdə təcrid dövrü başa çatdı - ABŞ Səfirliyindən bəyanat
Siyasət

Suriya ilə münasibətlərdə təcrid dövrü başa çatdı - ABŞ Səfirliyindən bəyanat

25 Avqust 13:53
ABŞ məhkəməsi Trampın 75 ölkəyə viza qadağasını dayandırdı
Digər Dövlətlər

ABŞ məhkəməsi Trampın 75 ölkəyə viza qadağasını dayandırdı

23 Avqust 11:33

Son Xəbərlər

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.