12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Qrenlandiya baş naziri Trampın ilhaq təhdidlərinə cavab verib

Qrenlandiyanın Baş Naziri Yens Frederik Nielsen ABŞ Prezidenti Donald Trampın avtonom Danimarka ərazisini ilhaq etmək təhdidlərinə sərt reaksiya verib. “Daha çox təzyiq olmayacaq. Daha çox işarələr olmayacaq. İlhaq xəyalları olmayacaq. Biz dialoqa və müzakirələrə açığıq, amma bu yalnız beynəlxalq hüquqa hörmətlə və düzgün kanallar vasitəsilə baş verməlidir.” - deyə paylaşımda qeyd edib. Prezident Tramp bazar günü ABŞ-ın tərkibinə Qrenlandiyanın qatılması iddiasını təkrarlayıb. O, strateji yerləşməsinə görə Qrenlandiyanı milli təhlükəsizlik baxımından önəmli adlandırıb. Tramp jurnalistlərin suallarına cavab olaraq bildirib:

5 Yanvar 2026 14:12
Qrenlandiya baş naziri Trampın ilhaq təhdidlərinə cavab verib

BAKI, AzerVoice, Nailə Babazadə

Qrenlandiyanın Baş Naziri Yens Frederik Nielsen ABŞ Prezidenti Donald Trampın avtonom Danimarka ərazisini ilhaq etmək təhdidlərinə sərt reaksiya verib.

AzerVoice xəbər verir ki, o, bu barədə Facebook səhifəsində paylaşım edib.

“Daha çox təzyiq olmayacaq. Daha çox işarələr olmayacaq. İlhaq xəyalları olmayacaq. Biz dialoqa və müzakirələrə açığıq, amma bu yalnız beynəlxalq hüquqa hörmətlə və düzgün kanallar vasitəsilə baş verməlidir.” - deyə paylaşımda qeyd edib.

Prezident Tramp bazar günü ABŞ-ın tərkibinə Qrenlandiyanın qatılması iddiasını təkrarlayıb. O, strateji yerləşməsinə görə Qrenlandiyanı milli təhlükəsizlik baxımından önəmli adlandırıb. Tramp jurnalistlərin suallarına cavab olaraq bildirib:

“Qrenlandiya barədə iki ay sonra fikirləşəcəyik… 20 gün sonra isə bu barədə danışaq.”

Danimarkanın Baş Naziri Mette Frederiksen isə ABŞ-ı “tarixi müttəfiqi təhdid etməməyi” çağırıb. O bildirib ki, ABŞ-ın Qrenlandiyanın idarəsini ələ keçirməsi “tamamilə absurddur”. Frederiksen həmçinin vurğulayıb ki, Danimarka və Qrenlandiya NATO üzvüdür və bu, onları təhlükəsizlik zəmanətləri ilə qoruyur.

Trampın Qrenlandiya ilə bağlı iddiaları ABŞ-ın Venesueladakı hərbi müdaxiləsindən sonra yenidən gündəmə gəlib və Qrenlandiyanın strateji əhəmiyyətini bir daha önə çıxarıb.

Məqalədə: #Donald Tramp #Qrenlandiya #Trampın siyasətləri #Trampın fərmanları #Trampın iddiaları

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.