5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İsveçrə, Maduro və bağlantılıların varlıqlarını dondurub

İsveçrə Federal şurası, ABŞ tərəfindən alıdılan Venezuela Prezidenti Nikolas Maduro və onunla əlaqəli şəxslərin İsviçrə ərazisindəki bütün mal-mülkünü dondurma qərarı alıb.

5 Yanvar 2026 17:30
İsveçrə, Maduro və bağlantılıların varlıqlarını dondurub

BAKI,AzerVoice, Nailə Babazadə

İsveçrə Federal şurası, ABŞ tərəfindən həbsdə saxlanılan Venezuela Prezidenti Nikolas Maduro və onunla əlaqəli şəxslərin İsveçrə ərazisindəki bütün mal-mülkünü dondurma qərarı alıb.

AzerVoice xəbər verir ki, İsveçrə hökuməti mövzuya dair yazılı açıqlama yayıb.

"Federal şurası, Venezuela Prezidenti Maduro və onunla əlaqəli digər şəxslərin İsveçrədəki bütün varlıqlarını dərhal dondurmaq qərarı alıb." - deyə açıqlamada qeyd olunub.

Bəyanatda izah olunur ki, bu qərar aktivlərin xaricə çıxmasının qarşısını almağı hədəfləyir və hazırkı Venesuela hökumətinin üzvlərinə təsir etmir.

Açıqlamanın davamında, "Gələcəkdəki hüquqi proseslər, fondların qanunsuz yollarla əldə edildiyini ortaya qoyarsa, İsveçrə bu vəsaitlərin Venesuela xalqına fayda gətirməsini təmin etməyə çalışacaq. Varlıq dondurma qərarı, 2018-ci ildən etibarən Ambargo Qanunu çərçivəsində Venesuelaya qarşı tətbiq olunan sanksiyalara əlavə olaraq qəbul edilib," ifadəsi yer alıb.

Xatırladaq ki, Venesuelanın paytaxtı Karakasda 3 yanvarda yerli vaxtla təxminən saat 02:00-da partlayış və təyyarə səsləri eşidilmişdi. Hadisədən sonra Venesuela hakimiyyəti ABŞ-ı ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücum etməkdə ittiham edib.

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduroya qarşı genişmiqyaslı hücum həyata keçirildiyini, Maduronun və həyat yoldaşının ölkə xaricinə çıxarıldığını açıqlamışdı.

ABŞ-ın ədliyyə naziri Pam Bondi isə Nikolas Maduro və həyat yoldaşı Siliya Flores barəsində ABŞ-da cinayət işi qaldırıldığını, Maduronun “narkotik terrorizmi, kokain qaçaqmalçılığı, ABŞ-a qarşı avtomatik silah və dağıdıcı qurğulara sahib olmaq” ittihamları ilə üzləşdiyini bildirmişdi.

Venesuela rəhbərliyi ABŞ-ın hərəkətlərinin beynəlxalq ictimaiyyət tərəfindən pislənməsi üçün çağırış edib. Bəzi ölkələr hücumu tənqid edərkən, digərləri açıqlamaları ilə ABŞ-a dəstək verdiklərini bəyan ediblər.

Məqalədə: #Venesuela #Nikolas Maduro #Nikolas Maduro çıxışı #ABŞ Venesuela əməliyyatı #Nikolas Maduro və ABŞ #Venesuela–ABŞ gərginliyi #ABŞ Venesuela böhranı #ABŞ Venesuela hərbi müdaxilə #ABŞ–Venesuela münasibətləri #ABŞ-ın Venesuelaya hücumu #Venesuela ABŞ hücumları #ABŞ-ın Venesuelaya zərbələri

Mövzu üzrə digər xəbərlər

Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb
Digər Dövlətlər

Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

31 Avqust 09:37
ABŞ Venesuelanın nəhəng neft ehtiyatlarına sahib çıxmağa hazırlaşır?
Digər Dövlətlər

ABŞ Venesuelanın nəhəng neft ehtiyatlarına sahib çıxmağa hazırlaşır?

28 Avqust 10:41
Perunun yeni xarici işlər naziri ABŞ ilə münasibətlərin gücləndiriləcəyini bildirib
Digər Dövlətlər

Perunun yeni xarici işlər naziri ABŞ ilə münasibətlərin gücləndiriləcəyini bildirib

31 İyul 22:17
Venesuelada zəlzələlərdə ölənlərin sayı 4 333 nəfərə çatıb
Digər Dövlətlər

Venesuelada zəlzələlərdə ölənlərin sayı 4 333 nəfərə çatıb

11 İyul 22:35

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.