5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Aİ Kipr türk xalqını görməzdən gəldikcə etibar qazana bilməz - Şimali Kipr

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Xarici İşlər Nazirliyi tərəfindən Cənubi Kipr Rum Administrasiyasının (CKRA) Avropa İttifaqı (Aİ) Şurasına dövr sədrliyi ilə bağlı yayımlanan açıqlamada bildirilib ki, Aİ rəsmilərinin Kipr türk xalqını görməzdən gələn qərəzli mövqeyi davam etdikcə, onların xalq arasında etibar qazanması mümkün deyil. Türk Ajansı Kıbrıs (TAK) agentliyinin məlumatına görə, ŞKTC Xarici İşlər Nazirliyi CKRA-nın Aİ Şurasına dövr sədrliyi ilə bağlı mövqeyinə dair açıqlama yayıb.

10 Yanvar 2026 16:21
Aİ Kipr türk xalqını görməzdən gəldikcə etibar qazana bilməz - Şimali Kipr

BAKI, AzerVoice, Nailə Babazadə

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Xarici İşlər Nazirliyi tərəfindən Cənubi Kipr Rum Administrasiyasının (CKRA) Avropa İttifaqı (Aİ) Şurasına dövr sədrliyi ilə bağlı yayımlanan açıqlamada bildirilib ki, Aİ rəsmilərinin Kipr türk xalqını görməzdən gələn qərəzli mövqeyi davam etdikcə, onların xalq arasında etibar qazanması mümkün deyil.

AzerVoice xəbər verir ki, Türk Ajansı Kıbrıs (TAK) agentliyinin məlumatına görə, ŞKTC Xarici İşlər Nazirliyi CKRA-nın Aİ Şurasına dövr sədrliyi ilə bağlı mövqeyinə dair açıqlama yayıb.

Açıqlamada vurğulanıb ki, CKRA-nın Aİ Şurasının dövr sədrliyini üzərinə götürməsi ilə sərgilədiyi yanaşma Aİ-nin Kipr məsələsində illərdir davam etdirdiyi təhrif olunmuş və tərəfli siyasətin yeni təzahürüdür.

Bəyanatda qeyd olunub ki, Kipr türk xalqının sistemli şəkildə görməzdən gəlinməsi yalnız siyasi ədalətsizlik deyil, eyni zamanda Aİ-nin iddia etdiyi əsas dəyərlərlə açıq ziddiyyət təşkil edir.

Açıqlamada xatırladılıb ki, 1960-cı ildə Kipr türkləri və Kipr rumlarının bərabər tərəfdaşlığı əsasında qurulan Kipr Respublikası 1963-cü ilin dekabrında rumların silahlı hücumları nəticəsində legitimliyini itirmiş, konstitusion quruluş dağıdılmışdır.

Bildirilib ki, həmin tarixdən sonra haqsız və qanunsuz şəkildə “Kipr Respublikası” kimi təqdim edilən qurum əslində yalnız rumlara məxsus bir dövlətə çevrilmişdir. Bu vəziyyətdə Aİ öz dəyərlərinə və hüquqi normalarına zidd olaraq 2004-cü ildə bu rum dövlətini üzvlüyə qəbul etmiş və Kipr məsələsində tərəf mövqeyi tutmuşdur. Açıqlamada qeyd edilib ki, Aİ bu səhvini düzəltmək əvəzinə, zamanla CKRA-nın Birlik daxilindəki mövqeyini möhkəmləndirməsinə şərait yaradıb.

Bəyanatda vurğulanıb ki, Kipr türk tərəfi keçmişdə dəfələrlə xoş niyyətini və razılaşma iradəsini nümayiş etdirib, lakin Kipr türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq statusu müzakirə mövzusu deyil, istənilən həllin ayrılmaz və əsas şərtidir.

Açıqlamada həmçinin qeyd olunub ki, adada və Şərqi Aralıq dənizi bölgəsində davamlı sülh və sabitliyin təmin edilməsi üçün Aİ iyirmi il əvvəl yol verdiyi səhvin məsuliyyətini üzərinə götürməlidir.

Sonda bildirilib ki, Aİ rəsmiləri tarixi və mövcud reallıqlardan uzaq bəyanatlar verməyə, Kipr türk xalqını görməzdən gələn və Kipr məsələsində maksimalist rum tezislərini müdafiə edən qərəzli mövqeyi davam etdirdikcə, Aİ-nin Kipr türk xalqı arasında etibar qazanması mümkün olmayacaq.

Məqalədə: #Avropa İttifaqı (Aİ) #Şimali Kİpr Türk Respublikası #Cənubi Kipr Yunan Administrasiyası (GKRY)

Mövzu üzrə digər xəbərlər

İran Aİ-yə Ukraynadan şikayət edib
İran

İran Aİ-yə Ukraynadan şikayət edib

29 İyul 16:56
Avropa Parlamentinin qərarı Türkiyə ordusuna qarşı böhtandır - Türkiyə
Türkiyə

Avropa Parlamentinin qərarı Türkiyə ordusuna qarşı böhtandır - Türkiyə

10 İyul 14:32
Ərdoğan Avropa liderlərinə odlu silah hədiyyə etdi
Türkiyə

Ərdoğan Avropa liderlərinə odlu silah hədiyyə etdi

9 İyul 11:29
Ərdoğan Kaya Kallası qəbul edib
Türkiyə

Ərdoğan Kaya Kallası qəbul edib

30 İyun 16:52

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.