13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İngiltərə Avropa ölkələri ilə birləşərək Qrenlandiyanı qorumaq üçün hərəkətə keçib

Böyük Britaniya həm Çin və Rusiyanın bölgədə artan təsirinə qarşı durmaq, həm də adanı ələ keçirmək istəyən ABŞ-ı bu fikrindən daşındırmaq məqsədilə Qrenlandiyaya hərbi qüvvə göndərməyə hazırlaşır. Rəsmi London bu planı artıq avropalı müttəfiqləri ilə müzakirə etməyə başlayıb. Çin və Rusiyanın Arktika bölgəsindəki varlığını ciddi təhdid hesab edən Britaniya rəhbərliyi adanın müdafiəsini təmin etmək üçün Fransa və Almaniya ilə danışıqlar aparır.

12 Yanvar 2026 16:00
İngiltərə Avropa ölkələri ilə birləşərək Qrenlandiyanı qorumaq üçün hərəkətə keçib

BAKI, AzerVoice, Nailə Babazadə

Böyük Britaniya həm Çin və Rusiyanın bölgədə artan təsirinə qarşı durmaq, həm də adanı ələ keçirmək istəyən ABŞ-ı bu fikrindən daşındırmaq məqsədilə Qrenlandiyaya hərbi qüvvə göndərməyə hazırlaşır.

AzerVoice xəbər verir ki, rəsmi London bu planı artıq avropalı müttəfiqləri ilə müzakirə etməyə başlayıb. Çin və Rusiyanın Arktika bölgəsindəki varlığını ciddi təhdid hesab edən Britaniya rəhbərliyi adanın müdafiəsini təmin etmək üçün Fransa və Almaniya ilə danışıqlar aparır.

Britaniya ordusunun yüksək rütbəli rəsmiləri alman və fransız həmkarları ilə görüşərək Qrenlandiyada həyata keçiriləcək missiyanın detallarını hazırlayırlar. İlkin plana əsasən, adaya təkcə britaniyalı hərbçilər deyil, həmçinin hərbi gəmilər və təyyarələrin də yerləşdirilməsi nəzərdə tutulur.

Qrenlandiyaya hərbi qüvvələrin yerləşdirilməsi NATO çərçivəsində reallaşacaq. Bu missiya Baltikyanı ölkələr və Polşadakı mövcud tapşırıqlardan tamamilə müstəqil bir fəaliyyət olacaq. Britaniya hökumətindəki mənbələr Baş nazir Keir Starmerin Rusiya və Çin təhdidini çox ciddi qəbul etdiyini və bu istiqamətdə qətiyyətli addımların atılmasının vacibliyinə inandığını bildiriblər.

Eyni zamanda, bəzi rəsmi şəxslər ABŞ Prezidenti Donald Trampın Rusiyanın Şimali Atlantikadakı aqressiyasının dayandırılması ilə bağlı mövqeyini dəstəklədiklərini, lakin Avropa-Atlantik təhlükəsizliyinin gücləndirilməsi üçün Londonun öz təşəbbüslərini irəli sürəcəyini vurğulayıblar.

Britaniya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı suallara cavab olaraq ölkənin NATO-nun Arktika müdafiəsi üçün müttəfiqləri ilə sıx əməkdaşlıq etmək əzmində olduğunu bir daha təsdiqləyib.

Məqalədə: #Rusiya #Çin #İngiltərə #Qrenlandiya #Qrenlandiya buzlaqları real vaxt məlumatları #ABŞ-ın Qrenlandiya planları #Qrenlandiya Baş naziri Jens-Frederik Nielsen #ABŞ və Qrenlandiya arasında gərginlik #Qrenlandiyanın ABŞ nəzarətinə keçməsi #Qrenlandiyanın strateji əhəmiyyəti #ABŞ-ın Qrenlandiyada maraqları #Qrenlandiya böhranı: Danimarka ordusuna dərhal döyüş səlahiyyəti #Trumpın Qrenlandiya açıqlamaları Avropada hərbi alarm yaratdı #Qrenlandiyanın nadir metallar ehtiyatları və Arktika marşrutları: qlobal maraqlar toqquşması

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.