5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İran ABŞ və müttəfiqlərinin ən az 10 radar obyektini sıradan çıxarıb

"ABC News"un peyk görüntüləri və təsdiqlənmiş videoların analizinə əsaslanan hesabatına görə, İran və onun dəstəklədiyi qruplar ABŞ və müttəfiqlərinin raketdən müdafiə infrastrukturunun əsasını təşkil edən erkən xəbərdarlıq sistemlərini hədəf alıb. Məlumata görə, 28 fevraldan bəri artan gərginlik fonunda ən az 10 radar obyekti Tehran administrasiyasına məxsus pilotsuz uçuş aparatları (PUA) və raketlərlə vurulub.

19 Mart 2026 10:23
İran ABŞ və müttəfiqlərinin ən az 10 radar obyektini sıradan çıxarıb

BAKI, VOA , Nailə Babazadə

"ABC News"un peyk görüntüləri və təsdiqlənmiş videoların analizinə əsaslanan hesabatına görə, İran və onun dəstəklədiyi qruplar ABŞ və müttəfiqlərinin raketdən müdafiə infrastrukturunun əsasını təşkil edən erkən xəbərdarlıq sistemlərini hədəf alıb.

VOA xəbər verir ki, məlumata görə, 28 fevraldan bəri artan gərginlik fonunda ən az 10 radar obyekti Tehran administrasiyasına məxsus pilotsuz uçuş aparatları (PUA) və raketlərlə vurulub.

Peyk görüntüləri hər biri yüz milyonlarla dollar dəyərində olan və nadir komponentlərdən hazırlanan radar sistemlərinə ciddi ziyan dəydiyini göstərir. Zərbə endirilən obyektlər arasında THAAD raketdən müdafiə sistemlərini dəstəkləyən AN/TPY-2 radar komponentlərinin də olduğu qeyd edilir. Ekspertlərin fikrincə, bu radarların sıradan çıxarılması hava hücumundan müdafiə sistemlərini "qismən kor" hala gətirir və erkən xəbərdarlıq qabiliyyətini zəiflədir.

Bundan əlavə, Yaxın Şərqdə ABŞ hərbçilərinin yerləşdiyi bazalarda logistik binalar, anqarlar və yanacaq depoları da daxil olmaqla ən az 25 nöqtənin vurulduğu təsdiqlənib. İranın bu yüksək xərclə hədəfləri seçməsi rəqibin müdafiə qabiliyyətini minimuma endirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı əməliyyatlardan sonra İran Qətər, BƏƏ və Bəhreyn kimi ölkələrdəki ABŞ bazalarını hədəf almağa başlayıb. İran rəsmilərinin son məlumatına görə, münaqişə nəticəsində ölənlərin sayı 1348-ə çatıb.

Məqalədə: #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

İran hücum edərsə, İsrail güclü cavab verəcək - Benyamin Netanyahu
Digər Dövlətlər

İran hücum edərsə, İsrail güclü cavab verəcək - Benyamin Netanyahu

14 İyul 19:32
İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz
İran

İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz

26 İyun 17:44
İran İsrailə hücum edib
İran

İran İsrailə hücum edib

7 İyun 23:39
CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN
Siyasət

CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN

5 İyun 14:33

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.