12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ Prezidenti Hörmüz boğazının açılması üçün İrana verdiyi möhləti uzadıb

Fars körfəzinin ən strateji keçid məntəqəsi olan Hörmüz boğazı ətrafında gərginlik kritik həddə çatıb. ABŞ və İsrailin hücumlarından sonra İranın boğazı bağlaması fonunda Prezident Donald Tramp bölgədəki mühüm adaları hədəf alan hərbi planlarını yenidən gündəmə gətirib. Tramp müttəfiqlərindən boğazın açılması üçün hərbi dəstək tələb etsə də, bu müraciət gözlənilən reaksiyanı verməyib. Bunun ardınca ABŞ prezidenti İranın əsas neft ixrac terminalı olan Xark adasını işğal etməklə hədələyib. Martın 15-də adaya hava zərbələri endirildiyini elan edən Tramp, hələlik neft anbarlarının hədəf alınmadığını vurğulayıb.

27 Mart 2026 13:45
ABŞ Prezidenti Hörmüz boğazının açılması üçün İrana verdiyi möhləti uzadıb

BAKI,VOA, Nailə Babazadə

Fars körfəzinin ən strateji keçid məntəqəsi olan Hörmüz boğazı ətrafında gərginlik kritik həddə çatıb. ABŞ və İsrailin hücumlarından sonra İranın boğazı bağlaması fonunda Prezident Donald Tramp bölgədəki mühüm adaları hədəf alan hərbi planlarını yenidən gündəmə gətirib.

VOA xəbər verir ki, Tramp müttəfiqlərindən boğazın açılması üçün hərbi dəstək tələb etsə də, bu müraciət gözlənilən reaksiyanı verməyib. Bunun ardınca ABŞ prezidenti İranın əsas neft ixrac terminalı olan Xark adasını işğal etməklə hədələyib. Martın 15-də adaya hava zərbələri endirildiyini elan edən Tramp, hələlik neft anbarlarının hədəf alınmadığını vurğulayıb.

Trampın növbəti hədəsi İranın daxili enerji sisteminə yönəlib. O, Hörmüz boğazının 48 saat ərzində açılmayacağı təqdirdə ölkənin elektrik şəbəkəsini vuracağını bəyan etsə də, bu müddəti bir neçə dəfə uzadıb. Martın 24-də verilən 5 günlük möhlət, dünənki qərarla daha 10 gün ertələnib.

Hazırda ABŞ administrasiyası hərbi təzyiq və strateji hədələr vasitəsilə Tehran rəhbərliyinə qarşı psixoloji müharibəni davam etdirərək boğazı yenidən açmağa çalışır.

Məqalədə: #Donald Tramp #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #Tramp İran siyasəti #Fars körfəzi #İsrailin İran hücumu #ABŞ və İsrailin İran siyasəti #İran-İsrail qarşıdurması #Hörmüz boğazı

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.