10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ və İsrail İrana qarşı yeni sərt addımlar atmaq üçün koordinasiyanı gücləndirir

İsrailin dövlət televiziyası KAN-ın adı açıqlanmayan yüksək rütbəli rəsmiyə istinadən yaydığı məlumata görə, ABŞ və İran arasında aparılan danışıqlar müsbət nəticə vermir. Xəbərdə iddia olunur ki, Vaşinqton və Təl-Əviv yaxın günlərdə tətbiq ediləcək daha sərt hərbi və siyasi addımlar barədə tam koordinasiya şəraitində hərəkət edirlər. Diplomatik kanalların tıxanması tərəfləri regional gərginliyi artıra biləcək yeni əməliyyat planlarını nəzərdən keçirməyə vadar edib.

2 Aprel 2026 09:10
ABŞ və İsrail İrana qarşı yeni sərt addımlar atmaq üçün koordinasiyanı gücləndirir

BAKI, VOA, Nailə Babazadə

İsrailin dövlət televiziyası KAN-ın adı açıqlanmayan yüksək rütbəli rəsmiyə istinadən yaydığı məlumata görə, ABŞ və İran arasında aparılan danışıqlar müsbət nəticə vermir.

VOA xəbər verir ki, xəbərdə iddia olunur ki, Vaşinqton və Tel-Əviv yaxın günlərdə tətbiq ediləcək daha sərt hərbi və siyasi addımlar barədə tam koordinasiya şəraitində hərəkət edirlər. Diplomatik kanalların tıxanması tərəfləri regional gərginliyi artıra biləcək yeni əməliyyat planlarını nəzərdən keçirməyə vadar edib.

İran rəhbərliyinin ABŞ-ın təkliflərinə necə cavab verəcəyi ilə bağlı daxili ixtilaflar yaşadığı bildirilir. İddialara görə, bəzi yüksək rütbəli İran rəsmiləri iqtisadi və hərbi təzyiqlərin azaldılması üçün müsbət cavab verilməsinin tərəfdarı olsa da, digər qrup mübarizənin sonadək davam etdirilməsi fikrini müdafiə edir. Bu daxili parçalanma Tehranın danışıqlar masasındakı mövqeyini zəiflədir və Vaşinqtonun sərt ritorikasını daha da gücləndirir.

Bununla belə, İsrail rəhbərliyi ABŞ Prezidenti Donald Trampın gözlənilən çıxışında əldə olunan hərbi uğurlarla kifayətlənib hücumları dayandıracağını elan edə biləcəyindən narahatdır. Tel-Əvivdə ehtiyat edirlər ki, Tramp İranın ali rəhbərliyindəki kadr dəyişikliklərini əsas gətirərək kampaniyanı vaxtından əvvəl yekunlaşdıra bilər. İsrail tərəfi hesab edir ki, İranın hərbi potensialı tamamilə zərərsizləşdirilmədən əməliyyatların dayandırılması gələcəkdə region üçün daha böyük təhdid yarada bilər.

Məqalədə: #Tel-Əviv #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İsrail və İran

Mövzu üzrə digər xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.