8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Almaniya Trampın NATO ilə bağlı bəyanatlarından ciddi narahatdır

Almaniyanın xarici işlər naziri İohann Vadeful ABŞ Prezidenti Donald Trampın NATO alyansı ilə bağlı səsləndirdiyi fikirlərin Berlin tərəfindən narahatlıqla qarşılandığını bildirib. "Funke Medya" qrupuna müsahibə verən nazir, dünyanın getdikcə daha təhlükəli bir məkana çevrildiyini və belə bir şəraitdə NATO müttəfiqlərinin daha sıx birləşməli olduğunu vurğulayıb. Vadeful NATO-nu dünyanın ən uğurlu müdafiə ittifaqı adlandıraraq, tərəfdaşların ortaq hədəfləri bölüşməsinin vacibliyini qeyd edib.

3 Aprel 2026 15:51
Almaniya Trampın NATO ilə bağlı bəyanatlarından ciddi narahatdır

BAKI,VOA, Nailə Babazadə

Almaniyanın xarici işlər naziri İohann Vadeful ABŞ Prezidenti Donald Trampın NATO alyansı ilə bağlı səsləndirdiyi fikirlərin Berlin tərəfindən narahatlıqla qarşılandığını bildirib.

VOA xəbər verir ki,"Funke Medya" qrupuna müsahibə verən nazir, dünyanın getdikcə daha təhlükəli bir məkana çevrildiyini və belə bir şəraitdə NATO müttəfiqlərinin daha sıx birləşməli olduğunu vurğulayıb. Vadeful NATO-nu dünyanın ən uğurlu müdafiə ittifaqı adlandıraraq, tərəfdaşların ortaq hədəfləri bölüşməsinin vacibliyini qeyd edib.

Nazir avropalı müttəfiqlərin müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 5 faizinə çatdırmaq barədə öhdəlik götürdüklərini xatırladaraq, "Heç vaxt olmadığı qədər güclüyük" deyib. Donald Trampın NATO-nu "kağız pələng" adlandırması və ABŞ-ın ittifaqdan çıxacağı ilə bağlı təhdidlərinə toxunan Vadeful, bu növ çıxışların narahatlıq doğurduğunu gizlətməyib. O, Almaniyanın ittifaqa sadiqliyinin və qətiyyətli duruşunun ABŞ-ı bu uğur hekayəsini birlikdə davam etdirməyə inandıracağına ümid etdiyini bildirib.

Vadeful həmçinin NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin əhəmiyyətini ön plana çəkib. Bu maddənin 11 sentyabr hücumlarından sonra işə salındığını xatırladan nazir, Almaniyanın 20 il boyunca Əfqanıstanda ABŞ-ın yanında dayandığını vurğulayıb. O, NATO-dan ayrılmağın təkcə prezidentin qərarı ilə mümkün olmadığını, bunun üçün ən azı ABŞ Senatının razılığının tələb olunduğunu da diqqətə çatdırıb.

Ukrayna mövzusuna da toxunan Vadeful, Kiyevin Rusiyanın təcavüzünə qarşı müqavimətində ABŞ-ın hələ də mühüm rol oynadığını, lakin hazırda Almaniyanın Ukraynanın ən böyük və vacib dəstəkçisi olduğunu qeyd edib. O, Vaşinqtonun müttəfiqlikdən doğan bu gücü tərk etməsinin ABŞ-ın öz maraqlarına da xidmət etmədiyini əlavə edib. Berlinin bu bəyanatı Ağ Evin son aylarda artan "izolyasiya" meyllərinə qarşı Avropanın narahatlığının növbəti göstəricisidir.

Məqalədə: #Almaniya #Donald Tramp #NATO #Trampın iddiaları #Tramp İran siyasəti

Mövzu üzrə digər xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

19:02
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Digər Xəbərlər

Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

4 Sentyabr 18:14

Son Xəbərlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
20:07
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
20:06
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
20:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.