9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Avropa İttifaqı enerji qiymətlərinin qısa müddətdə enməyəcəyi barədə xəbərdarlıq edib

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Anna-Kaisa İtkonen, ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəsə rəğmən, Avropada enerji qiymətlərinin qısa müddətdə enməyəcəyini bəyan edib. Brüsseldə keçirilən gündəlik mətbuat konfransında danışan İtkonen, qlobal enerji bazarlarındakı qeyri-müəyyənliyin davam etdiyini vurğulayıb.

8 Aprel 2026 17:56
Avropa İttifaqı enerji qiymətlərinin qısa müddətdə enməyəcəyi barədə xəbərdarlıq edib

BAKI,VOA, Nailə Babazadə

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Anna-Kaisa İtkonen, ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəsə rəğmən, Avropada enerji qiymətlərinin qısa müddətdə enməyəcəyini bəyan edib.

VOA xəbər verir ki, Brüsseldə keçirilən gündəlik mətbuat konfransında danışan İtkonen, qlobal enerji bazarlarındakı qeyri-müəyyənliyin davam etdiyini vurğulayıb.

Sözçü hazırda Avropada müşahidə olunan yüksək enerji qiymətlərinə səbəb olan hərbi münaqişənin və böhranın tezliklə başa çatmayacağı barədə xəbərdarlıq edib. "Bu böhranın qısamüddətli olacağına dair özümüzü aldatmamalıyıq. Belə olmayacaq" deyən İtkonen, enerji təhlükəsizliyi ilə bağlı risklərin hələ də ciddi olduğunu qeyd edib.

İtkonen Avropa İttifaqının Hörmüz boğazı vasitəsilə həyata keçirdiyi enerji tədarükünün statistik göstəricilərini də açıqlayıb. O bildirib ki, Aİ-nin idxal etdiyi mayeləşdirilmiş təbii qazın (LNG) təxminən 8,5 faizi, xam neft və neft məhsullarının isə təxminən 7 faizi birbaşa Hörmüz boğazından keçir. Bu tədarükün əsas hissəsi İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin payına düşür.

Xüsusilə dizel yanacağı və təyyarə yanacağı (jet fuel) məsələsinə toxunan sözçü, bu sahədə asılılığın daha yüksək olduğunu diqqətə çatdırıb. Məlumata görə, Avropanın bu növ yanacaq tədarükünün təxminən 40 faizi sözügedən strateji boğaz vasitəsilə həyata keçirilir. Qlobal miqyasda isə dünya üzrə neft və LNG daşınmalarının 20 faizinin Hörmüz boğazından keçdiyini xatırladan İtkonen, bu marşrutun istənilən halda Avropa bazarları üçün həyati əhəmiyyət daşıdığını qeyd edib.

Məqalədə: #Avropa İttifaqı #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İsrail İran münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

8 Sentyabr 19:02
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43

Son Xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
09:00
Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
Yəmən husi terrorçularından təmizlənir
Yəmən husi terrorçularından təmizlənir
07:32
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.