6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Aİ-də demoqrafik böhran - Əhali 2100-cü ilə qədər 53 milyon azalacaq

Bu azalma ümumilikdə 53 milyon nəfər deməkdir və əhali sayının 452 milyondan 399 milyona düşməsi ilə nəticələnəcək. Qeyd olunub ki, demoqrafik dəyişikliklər bütün ölkələr üzrə eyni deyil və bəzi dövlətlərdə əhali artımı müşahidə olunacağı halda, bir çox ölkələrdə ciddi azalma qeydə alınacaq.

20 Aprel 2026 10:19
Aİ-də demoqrafik böhran - Əhali 2100-cü ilə qədər 53 milyon azalacaq

BAKI,VOA, Fərid Mikayılov

Avropa İttifaqında uzunmüddətli demoqrafik dəyişikliklər ciddi narahatlıq doğurur.

VOA xəbər verir ki, son proqnozlara əsasən, 2100-cü ilə qədər Avropa İttifaqının əhalisinin təxminən 12 faiz azalacağı gözlənilir.

Bu azalma ümumilikdə 53 milyon nəfər deməkdir və əhali sayının 452 milyondan 399 milyona düşməsi ilə nəticələnəcək.

Qeyd olunub ki, demoqrafik dəyişikliklər bütün ölkələr üzrə eyni deyil və bəzi dövlətlərdə əhali artımı müşahidə olunacağı halda, bir çox ölkələrdə ciddi azalma qeydə alınacaq.

Ən böyük azalma Baltikyanı ölkələrdə və Şərqi Avropada gözlənilir. Xüsusilə Latviya, Litva, Polşa və Yunanıstanda əhalinin 30 faizdən çox azalacağı proqnozlaşdırılır.

Məlumata əsasən, Bolqarıstan, Xorvatiya, Slovakiya, Rumıniya və İtaliya kimi ölkələrdə də əhali sayının 20 faizdən çox azalacağı gözlənilir.

Qeyd edilib ki, bəzi ölkələrdə isə əks proses müşahidə olunacaq. Lüksemburq, İslandiya və Malta kimi dövlətlərdə əhalinin 25 faizdən çox artacağı ehtimal edilir.

Demoqrafik dəyişikliklərin əsas səbəbləri aşağı doğum səviyyəsi və miqrasiya faktorudur.

Mütəxəssislər qeyd edir ki, əhali artımını təmin edən əsas amil məhz miqrasiyadır, çünki mövcud doğum səviyyəsi əhalinin sabit saxlanılması üçün kifayət etmir.

2100-cü ilə qədər Avropada əhalinin yaşlanması da sürətlənəcək və hər üç nəfərdən birinin 65 yaşdan yuxarı olması gözlənilir.

Bildirilib ki, bu proses əmək bazarına, sosial təminat sistemlərinə və iqtisadi inkişafa ciddi təsir göstərə bilər.

Məqalədə: #Avropa #Avropa İttifaqı (Aİ) #demoqrafik böhran #əhali sayı #əhali sayının azalması

Mövzu üzrə digər xəbərlər

Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq
Siyasət

Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

1 Sentyabr 13:53
Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
Cəmiyyət

Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

1 Sentyabr 11:31
Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov
Digər Dövlətlər

Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

29 Avqust 17:33
Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp
Digər Dövlətlər

Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

29 Avqust 16:34

Son Xəbərlər

Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
10:45
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.