10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Özbəkistan
Özbəkistan

Özbəkistan UNESCO-nun 43-cü Baş Konfransına ev sahibliyi edəcək

Özbəkistanın Səmərqənd şəhəri sabah başlayacaq Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 43-cü Baş Konfransına ev sahibliyi edəcək. Bu, şəhərin tarixində keçiriləcək ən böyük beynəlxalq tədbir olacaq. Böyük İpək Yolu üzərində yerləşən və 3 min illik zəngin tarixi ilə yüzdən çox mədəni və memarlıq abidəsinə sahib olan Səmərqənddə sabah UNESCO-nun ən yüksək qərarverici orqanı olan Baş Konfrans başlayır.

29 Oktyabr 2025 15:28
Özbəkistan UNESCO-nun 43-cü Baş Konfransına ev sahibliyi edəcək

BAKI, AzerVoice, Nailə Babazadə

Özbəkistanın Səmərqənd şəhəri sabah başlayacaq Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 43-cü Baş Konfransına ev sahibliyi edəcək. Bu, şəhərin tarixində keçiriləcək ən böyük beynəlxalq tədbir olacaq.

AzerVoice xəbər verir ki, Böyük İpək Yolu üzərində yerləşən və 3 min illik zəngin tarixi ilə yüzdən çox mədəni və memarlıq abidəsinə sahib olan Səmərqənddə sabah UNESCO-nun ən yüksək qərarverici orqanı olan Baş Konfrans başlayır.

1985-ci ildən bəri ilk dəfə olaraq UNESCO-nun baş qərargahının yerləşdiyi Parisdən kənarda keçiriləcək bu tədbirdə dünyanın 194 ölkəsindən 5 mindən çox yüksək vəzifəli şəxs, alim və vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edəcək.

Orta Asiyada ilk dəfə təşkil edilən bu konfransın açılışında UNESCO-nun baş direktoru Odri Azule və Özbəkistan Prezidenti Şövkət Mirziyoyev çıxış edəcəklər. Mirziyoyevin çıxışında ölkəsinin mədəni diplomatiya və beynəlxalq əməkdaşlıq sahəsindəki baxışını təqdim edəcəyi gözlənilir.

Tarix boyu elm, təhsil, mədəniyyət və incəsənətin mərkəzlərindən biri olan Səmərqənd bu gün də mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməyə davam edir. Şəhər 2022-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Zirvələrinə, 2023-cü ildə isə BMT-nin Ümumdünya Turizm Təşkilatının 25-ci Baş Assambleyasına ev sahibliyi edib.

Səmərqənd 2022-ci ildə TDT tərəfindən “Türk Dünyasının Mədəniyyət Paytaxtı”, 2023-cü ildə “Dünya Turizm Paytaxtı”, 2024-cü ildə MDB tərəfindən “MDB Mədəniyyət Paytaxtı”, 2025-ci ildə isə İSESCO tərəfindən “İslam Dünyası Mədəniyyət Paytaxtı” elan edilib.

Sabahkı konfransda bir çox ölkələrin dövlət və hökumət başçıları, mədəniyyət nazirləri, beynəlxalq təşkilat rəhbərləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək. Tədbirdə Serbiya Prezidenti Aleksandar Vuçiç, Finlandiya Prezidenti Aleksander Stubb və Türkiyənin Təhsil Naziri Yusuf Tekin də iştirak edəcəklər.

UNESCO-nun 43-cü Baş Konfransı şəhər yaxınlığında 400 hektarlıq ərazidə yeni inşa edilmiş “İpək Yolu Səmərqənd” turizm kompleksinin Konqres Mərkəzində keçiriləcək. 18 min kvadratmetr qapalı sahəyə və 3 500 nəfərlik tutuma malik olan bu mərkəz MDB məkanında ən böyük konqres mərkəzi hesab olunur və 13 iclas zalından ibarətdir.

Məqalədə: #Şavkat Mirziyoyev #Özbəkistan #Türk Dövlətləri Təşkilatının (TDT) #BMT #UNESCO #Səmərqənd #Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) #UNESCO beynəlxalq konfransı

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

1 Sentyabr 16:17
Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib
Siyasət

Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

1 Sentyabr 15:51
Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

1 Sentyabr 15:46

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.