5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Fələstinli məcburi köçkünlər Qəzzanın şimalına qayıdırlar

27 Yanvar 2025 10:45
Fələstinli məcburi köçkünlər Qəzzanın şimalına qayıdırlar

BAKI,AzerVoice

Bu gün, bazar ertəsi səhər, yüz minlərlə məcburi köçkün əl-Rəşid sahil küçəsi boyunca piyada olaraq Qəzza şəhərinə və zolağın şimalına axın ediblər. AzerVoice xəbər verir ki,küçədə olduqca sıxlıq yaşandığından əhalinin bir çoxu öz evləriunə piyada qayıtmalı olurlar.

Məsələ ilə bağlı açıqlama verən HƏMAS hərəkatı bildirib ki, «Məcburi köçkünlərin öz evlərinə qayıtması, İsrailin qəzzalıları köçürmək və onların müqavimət iradəsini qırmaq məqsədlərinə nail ola bilmədiyini bir daha sübut edir.Xalqımızın, dağılmış evlərinə baxmayaraq, məcburi köçkün düşdükləri bölgələrə qayıdışı, xalqımızın böyüklüyünü və torpaqlarında möhkəmliyini göstərir».

«Bu, xalqımızın iradəsini qırmağa və onları torpaqlarından köçürməyə çalışan hər kəsə bir mesajdır. Torpağı sevmək və ona bağlı qalmaq hissləri ilə dolu olan bu səhnələr xalqımızın inadkar müqavimət iradəsini əks etdirir.Məcburi köçkünlərin evlərinə qayıdışı işğalın məğlubiyyətini və xalqımızın müqavimət ruhunu qıra bilmədiyini təsdiqləyir».-deyə HƏMAS bəyanatında deyilir.

Eyni zamanda, Qəzza Zolağındakı Daxili İşlər Nazirliyi əl-Rəşid küçəsinin bu gün, yerli vaxtla səhər saat yeddidən başlayaraq piyadaların keçidi üçün açıldığını, saat doqquzdan isə Salahəddin küçəsinin nəqliyyat vasitələrinin keçidi üçün açılacağını elan edib. Bu, İsrail ordusunun bazar günü əl-Rəşid küçəsi vasitəsilə piyadaların keçidinə və Salahəddin küçəsindən yoxlama ilə nəqliyyat vasitələrinin keçidinə icazə veriləcəyini elan etməsindən sonra baş verib.

Qətər Xarici İşlər Nazirliyi İsrail və HƏMAS arasında bir razılıq əldə edildiyini və buna əsasən, girov saxlanılan Ərbil Yehud və daha iki girovun cümə gününə qədər azad ediləcəyini, fələstinlilərin isə şimal zolağına qayıtmağa başlayacağını açıqlamışdı.
HƏMAS şənbə günü dörd israilli qadın hərbçini azad etsə də, siyahıda adı olan Yehudun sərbəst buraxılmaması İsrailin on minlərlə fələstinlinin şimal zolağına qayıtmasına mane olmasına səbəb olmuşdu.

Fələstinli məcburi köçkünlər Qəzzanın şimalına qayıdırlar Fələstinli məcburi köçkünlər Qəzzanın şimalına qayıdırlar Fələstinli məcburi köçkünlər Qəzzanın şimalına qayıdırlar
Məqalədə: #Qəzza

Mövzu üzrə digər xəbərlər

İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu
Yaxın Şərq

İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

2 Sentyabr 19:15
HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb
Fələstin

HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

1 Sentyabr 20:44
HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib
Yaxın Şərq

HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

31 Avqust 22:33
Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan
Türkiyə

Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

31 Avqust 18:49

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.