13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Qəzzada uşaqlar hədəf alınır - UNRWA

21 Aprel 2025 17:08
Qəzzada uşaqlar hədəf alınır - UNRWA

BAKI, AzerVoice

Qəzzada atəşkəsin pozulmasından sonra 600 uşaq öldürülüb.

AzerVoice xəbər verir ki, İsrailin martın 18-də atəşkəsi pozaraq Qəzza zolağında hücumlarını bərpa etməsi nəticəsində, 600-dən çox uşaq həyatını itirib, minlərlə uşaq isə yaralanıb.

BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) və Fələstin İnsan Haqları Mərkəzi vəziyyətin faciəvi həddə çatdığını bildirir.

UNRWA-nın yayımladığı yazılı bəyanatda qeyd olunur ki, martın 18-də atəşkəsin pozulmasından bu yana 600 uşaq öldürülüb, 1600-dən çox uşaq isə yaralanıb. Agentlik, Qəzzada yaranmış humanitar böhranın 2023-cü il oktyabrın 7-dən bəri ən pis mərhələyə daxil olduğunu vurğulayıb.

Fələstin İnsan Haqları Mərkəzi isə 19 aprel tarixində verdiyi açıqlamada bildirib ki, eyni müddət ərzində 595 uşaq və 308 qadın olmaqla, yüzlərlə mülki şəxs həyatını itirib. Ümumilikdə isə İsrail ordusunun martın 18-dən etibarən yenidən başlatdığı hücumlar nəticəsində 1864 fələstinli ölüb, 4890 nəfər isə yaralanıb. Öldürülənlərin əksəriyyətini qadınlar, uşaqlar və yaşlılar təşkil edir.

İsrail ordusu yanvarın 19-da qüvvəyə minmiş atəşkəsi martın 18-də pozaraq, Qəzzaya şiddətli hücumlara başlayıb. Son məlumatlara əsasən, 7 oktyabr 2023-cü ildən bəri İsrailin hücumları nəticəsində Qəzza zolağında 51 min 240 fələstinli həlak olub, 116 min 931 nəfər isə yaralanıb.

İsrail tərəfi isə yeni atəşkəs təkliflərini qəbul etmədiyini və HƏMAS-a qarşı "artan hərbi güc"lə hərəkətə keçəcəyini bildirib. HƏMAS bu mövqeyə cavab olaraq bildirib ki, İsrail verdiyi vədlərə əməl etmir, vasitəçilik edən ölkələr qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və Qəzzada Fələstin xalqına qarşı soyqırım siyasətini davam etdirir.

Məqalədə: #Fələstin #Qəzza zolağı #UNRWA #Humanitar fəlakət Qəzza #Fələstin insan haqları #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #İsrail və UNRWA gərginliyi #UNRWA rəhbəri Filip Lazzarini

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
Fələstin

BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb

12 Sentyabr 18:16
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Fələstin

Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb

11 Sentyabr 17:50

Son Xəbərlər

Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.