15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Fransız senator və deputatlar Natəvanın abidəsinə qarşı vandalizmi, anti-Azərbaycan davranışını pisləyib

12 Yanvar 2024 16:51
Fransız senator və deputatlar Natəvanın abidəsinə qarşı vandalizmi, anti-Azərbaycan davranışını pisləyib

Bakı, AzerPress:

Fransa ictimaiyyətinin tanınmış nümayəndələri Evian-le Bən şəhərində “Azərbaycan bağı”na və Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş yolverilməz davranışı sərt tənqid ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerPress-ə bildiriblər ki, Fransanın fəxri senatoru Alen Vassel (Alain Vasselle) şəhər meriyasının “Azərbaycan bağı”nın adının dəyişdirilməsi və bağa ziyan vurulması təşəbbüslərini absurd və obyektivlikdən tamamilə uzaq olan ermənipərəst qüvvələrin əməlləri adlandırıb.

Fəxri senatorun fikrincə, hər hansı bir hadisədən narazılığın müxtəlif yolları var. Lakin yazıçı və şairlər bizim tariximizdir. Aleksandr Dümanın və şair-şahzadə Xurşidbanu Natəvan kimi dahilərimizin əsərləri mədəni irsimizin bir hissəsidir və mədəniyyətimizə məxsusdur.

O diqqətə çatdırıb ki, Azərbaycana sülh yolu ilə öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi üçün şərait yaradılmalı, Ermənistan və Azərbaycanın diplomatik kanalları vasitəsilə danışıqlar masası arxasına əyləşmək barədə razılığa gəlinməli idi.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının sabiq üzvü Jerom Lamber də Evian şəhər meriyasının əl atdığı əməlləri tamamilə yersiz davranış və çox güclü erməni diasporunun fəaliyyətinin nəticəsi kimi qiymətləndirib.

“Ermənistan tərəfindən 30 il bundan qabaq işğal olunmuş əraziləri üzərində Azərbaycan öz suverenliyini bərpa etdikdən bəri xüsusilə Fransada rəsmi Bakıya qarşı müxalif qüvvələr baş qaldırıb. Bu qüvvələr vəziyyətdən narazı olan Fransadakı erməni diasporundan istifadə edirlər. Bu müxalifət hətta isterik davranışlara, Azərbaycanla əlaqəsi olan bütün rəmzlərə, məkanlara əl atmağa çalışır. Erməni diasporunun Fransadakı bir sıra nümayəndələri fransalı siyasətçiləri Azərbaycana qarşı qızışdırmağa çalışırlar”, - deyən Assosiasiyasının prezidenti qeyd edib ki, Azərbaycana qarşı aparılan mənfur əməllərə heç bir əsas göstərmək mümkün deyil. Azərbaycan öz haqlarına sahib çıxıb. Fransada Azərbaycana qarşı fəaliyyət göstərən ermənipərəst qüvvələr Bakı ilə İrəvan arasında sülhün yaranmasına mane olurlar.

Fransa Milli Assambleyasının və NATO-nun Parlament Assambleyasının fəxri üzvü Jan-Lük Reitzer (Jean-Luc Reitzer) etiraf edib ki, Evian şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı nümayiş etdirilmiş pis rəftardan çox kədərlənib. “Mən Evian şəhərində baş verənləri kədərlə qarşıladım. Azərbaycanla Fransa arasında hər zaman hər bir sahədə – istər iqtisadi, istər mədəni və digər sahələrdə gözəl münasibətlər olub. Lakin bu gün Fransada bir çoxları Azərbaycanı tanımadan, tarixini bilmədən, heç zaman Azərbaycana ayaq basmadan ona qarşı mövqe tutmaqdadırlar”, - deyə o qeyd edib.

Jan-Lük Reitzer xatırladıb ki, Birinci Qarabağ müharibəsi zamanı Qarabağ separatçılar tərəfindən ələ keçirilmişdi və idarə olunurdu. Amma heç bir dövlət, hətta Ermənistan belə bu ərazinin müstəqilliyini tanımamışdı. “İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Erməni qaçqınlarından danışanlar unudublar ki, yüz minlərlə azərbaycanlı Birinci Qarabağ müharibəsindən sonra evini, torpağını Qarabağda qoyub getməyə məcbur olub, öz doğma yurdlarından didərgin düşüb. Mən Bakıda o qaçqınların düşərgələrində olmuşam. Mən bu gün ölkəmdə Azərbaycan və Azərbaycan xalqının mövqeyinə göstərilən ədalətsiz münasibətlərdən çox kədərlənirəm”, - deyə Reitzer söyləyib.

Məqalədə: #Xurşidbanu Natəvan

Mövzu üzrə digər xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

14 Sentyabr 09:00
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.