13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Səsvermə prosesində yüksək fəallıq gözlənilir - Sosioloq

16 Yanvar 2024 10:34
Səsvermə prosesində yüksək fəallıq gözlənilir - Sosioloq

Bakı. AzerPress:

Birmənalı şəkildə deyə bilərik ki, 7 fevral günü səsvermə üçün seçki məntəqələrinə gələnlərin sayı əvvəlki seçkilərlə müqayisədə daha çox olacaq. Bunun bir səbəbi ümumi qanunauyğunluqla bağlıdır. Yəni, istənilən halda bir ölkədə dövlətin başçısını müəyyənləşdirmək üçün seçkilər keçirilirsə, cəmiyyətin fəallığı yüksəlir. Amma 7 fevral üçün proqnozlaşdırılan fəallığın ümumi qanunauyğunluqdan başqa spesifik səbəbləri də mövcuddur.

AzerPress xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında tanınmış sosioloq, “Tərəqqi və Demokratiya” İctimai Birliyinin sədri Əhməd Qəşəmoğlu deyib.

Sosioloq bildirib ki, 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində də elektoratın fəallığı müşahidə edilmişdi: “Həmin vaxt seçicilərin 74.52 faizi məntəqələrə gələrək səs vermişdilər. İndi isə bu rəqəmin artmasını şərtləndirən amillər ortaya çıxıb. Belə ki, ötən 6 il müddətində Azərbaycanın taleyində köklü dəyişikliklər baş verib. İşğal altında olan torpaqlarımız azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Bir sözlə, Qarabağ zəfəri qazanılıb. Həm işğaldan azad olunmuş torpaqlarda, həm də bütövlükdə ölkə ərazisində geniş quruculuq işləri aparılır. Əhali bu gününə inandığı kimi, gələcəyinə də ümidli təminat almaq istəyir. Zəfər ovqatının davam etməsini arzulayır. Gələcəyimizin uğurlu olmasının bir təməli də məhz 7 fevral seçkilərində formalaşdırılacaq. İnsanlar 7 fevralda öz gələcəklərini seçəcəklər”.

Əhməd Qəşəmoğlu əlavə edib ki, seçki prosesində texniki yeniliklərin tətbiq edilməsi də seçici sayının artımını şərtləndirən amillər sırasındadır: “Seçki prosesinin rəqəmsal mühitə transformasiyası təşkil edilir. Seçici siyahılarında adını onlayn formada yoxlamaq, qeydiyyatla bağlı problemləri aradan qaldırmaq, prosesi veb-kameralarla izləmək və sair kimi amillər seçki günü üçün çox vacibdir. Bu və digər texnologiyaların tətbiqi də seçki aktivliyini stimullaşdırır”.

Məqalədə: #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.