5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Prezident seçkilərində namizədlərin hansı hüquqları var?

16 Yanvar 2024 10:58
Prezident seçkilərində namizədlərin hansı hüquqları var?

Bakı. AzerPress:

Fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə namizədliyi qeydə alınmış 7 nəfər iştirak edəcək. Hər bir namizədə qanunvericiliklə əhatə olunan bütün hüquq və imtiyazlar tanınır.

Prezident seçkilərində namizədliyi qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə bir sıra media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq. Ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılan media subyektləri aşağıdakılardır:

- İctimai Televiziya və Radio Yayımları Şirkəti;

- “Azərbaycan” qəzeti;

- “Xalq qəzeti”;

- “Respublika” qəzeti;

- “Bakinski raboçi” qəzeti.

AzerPress Secki-2024.az-a istinadən xəbər verir ki, prezidentliyə namizədliyi qeydə alınmış şəxslərə tanınan hüquqlar təkcə ödənişsiz təşviqatla məhdudlaşmır. Bu məsələlər Seçki Məcəlləsində yer alır. Məsələn, məcəllənin 184-cü maddəsi prezidentliyə namizədin nəqliyyat xərclərinin ödənilməsi hallarını da əhatə edir.

Həmin maddənin 1-ci bəndində göstərilir ki, prezidentliyə namizəd qeydə alındığı gündən seçkinin nəticələrinin rəsmi dərci gününədək Azərbaycan ərazisində gediş-gəliş üçün ictimai nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna olmaqla) dövlət vəsaiti hesabına istifadə etmək hüququna malikdir.

Eyni maddənin 2-ci bəndində qeyd olunur ki, ölkə ərazisində göstərilən nəqliyyatdakı gediş-gəliş xərcləri MSK tərəfindən seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış vəsait hesabına və təqdim edilmiş gediş-gəliş sənədləri əsasında ödənilir.

Bu zaman namizədə dəmir yolu ilə 8 dəfə və təyyarə ilə 4 dəfə gediş-gəliş üçün nəzərdə tutulan xərclər ödənilir.

Seçki Məcəlləsinin 185-ci maddəsində isə prezidentliyə namizədin toxunulmazlığı və təhlükəsizliyi məsələləri yer alıb. Belə ki, qeydə alınmış prezidentliyə namizədin təhlükəsizliyi MSK-nın müəyyən etdiyi qaydada təmin edilir.

Qeydə alınmış prezidentliyə namizəd bu məcəllənin 70.4-cü maddəsində göstərilən qaydada yalnız Azәrbaycan Respublikası Baş prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.

Məcəllənin 186-cı maddəsinə əsasən, prezidentliyə namizədin 50-yə qədər vəkili ola bilər. Göstərilən şəxslər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınır. Digər hüquq prezidentliyə namizədlərin seçki fondları ilə əlaqədardır.

Seçki Məcəlləsinin 191-ci maddəsinə görə, prezidentliyə namizədin seçki fondunun yuxarı həddi 10 milyon manatdan çox ola bilməz. Prezidentliyə namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

- Prezidentliyə namizədlərin 250 min manatdan çox olmamaq şərti ilə, xüsusi vəsaiti (siyasi partiyalar, siyasi partiyaların bloku tərəfindən irəli sürülən prezidentliyə namizədlər üçün bu xüsusi vəsait siyasi partiyaların, siyasi partiyaların blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);

- Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.

Prezident seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı da açıqlanıb. Siyahı MSK-ın saytında yerləşdirilib. Həmin yerlərdən bütün təşviqat subyektləri bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər. Bu məqsədlə digər yerlərdən də qanunvericiliyə uyğun istifadə edilməsi mümkündür.

Məqalədə: #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək
Siyasət

Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək

12 Fevral 2024 11:17
Rumen Radev Prezident İlham Əliyevi təbrik edib
Rəsmi Xronika

Rumen Radev Prezident İlham Əliyevi təbrik edib

9 Fevral 2024 13:18
ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Rəsmi Xronika

ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

9 Fevral 2024 12:37
İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Rəsmi Xronika

İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib

9 Fevral 2024 12:34

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.