5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycanın müdafiə təyinatlı məmulatları sərgidə nümayiş olunur

5 Fevral 2024 11:47
Azərbaycanın müdafiə təyinatlı məmulatları  sərgidə nümayiş olunur

Bakı. AzerVoice:

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində ikinci dəfə təşkil edilən “World Defence Show-2024” Beynəlxalq Müdafiə Sərgisi fevralın 4-də öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Müdafiə Sənayesi Nazirliyindən AzerVoice-ə verilən məlumata görə, 45-dən çox ölkədən 750-dən artıq iştirakçı və 115 xarici nümayəndənin qatıldığı “World Defence Show-2024” sərgisində Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi stenddə Azərbaycan istehsalı olan 107 adda müdafiə təyinatlı məmulatlar nümayiş olunur.

Açılış mərasimində iştirak edən V.Mustafayev Səudiyyə Ərəbistanı Krallığının müdafiə naziri Xalid bin Salman Əl-Saud ilə görüşərək, sərgi ilə bağlı xoş diləklərini onun diqqətinə çatdırıb.

Nazir Türkiyə Respublikası, Səudiyyə Ərəbistanı Krallığı və digər ölkələrin qurumlarının stendlərində nümayiş etdirilən müdafiə təyinatlı məmulatlar və yeni texnologiyalar ilə tanış olub.

Səfər çərçivəsində V.Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Hərbi Sənaye Təşkilatının rəhbəri Əhməd Əbdüləziz Əl-Ohali ilə də görüşüb.

Görüş zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, müdafiə sənayesi şirkətlərinə məxsus ən son hərbi texnologiya, avadanlıq və sistemlərin nümayiş etdirildiyi “World Defence Show-2024” sərgisi fevralın 8-i başa çatacaq.

Azərbaycanın müdafiə təyinatlı məmulatları  sərgidə nümayiş olunur
Məqalədə: #Müdafiə Sənayesi Nazirliyi

Mövzu üzrə digər xəbərlər

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
Siyasət

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək

11:23
MN rəhbərliyi “World Defense Show 2026” sərgisində iştirak edib
Siyasət

MN rəhbərliyi “World Defense Show 2026” sərgisində iştirak edib

9 Fevral 12:41
ADEX 2026: Müdafiə sənayesində yeni məhsul və texnologiyalar Bakıda sərgilənəcək
Cəmiyyət

ADEX 2026: Müdafiə sənayesində yeni məhsul və texnologiyalar Bakıda sərgilənəcək

14 Yanvar 12:28
İDEF Türkiyənin deyil, həm Azərbaycanın, həm də Türk-İslam dünyasının uğurudur - Rufiz Hafizoğlu
Siyasət

İDEF Türkiyənin deyil, həm Azərbaycanın, həm də Türk-İslam dünyasının uğurudur - Rufiz Hafizoğlu

31 İyul 2025 15:00

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.