MN rəhbərliyi “World Defense Show 2026” sərgisində iştirak edib
BAKI,AzerVoice Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbər heyəti Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən "World Defense Show 2026" beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib. Bu barədə AzerVoice-ə Müdafiə Nazirliyindən məlumat verilib.
ADEX 2026: Müdafiə sənayesində yeni məhsul və texnologiyalar Bakıda sərgilənəcək
Regionun müdafiə sənayesi üzrə ən mötəbər və ən əhəmiyyətli platformalarından hesab olunan, eləcə də Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü və potensialını bütün dünyaya nümayiş etdirən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək. “ADEX”lə eyni tarixlərdə 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” da baş tutacaqdır.
İDEF Türkiyənin deyil, həm Azərbaycanın, həm də Türk-İslam dünyasının uğurudur - Rufiz Hafizoğlu
“Bu sərgi Azərbaycanın hərbi texnologiyalarının və silah sənayesinin tanıdılması üçün atılmış çox ciddi addımdır. Bugünkü dünyada silah istehsal edən çox sayda ölkə var, lakin Türkiyə silahlarının əsas fərqi odur ki, onlar artıq real müharibələrdə sınaqdan çıxıb və öz sözünü deyib,” – deyə Hafizoğlu vurğulayıb.
KAAN artıq qlobal layihəyə çevrilir - Görgün
Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün milli döyüş təyyarəsi KAAN layihəsi ilə bağlı əhəmiyyətli açıqlamalarla çıxış edib.
Azərbaycan və Pakistan müdafiə sahəsində ikitərəfli münasibətləri müzakirə ediblər
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Pakistanda rəsmi səfərdə olan müdafiə sənayesi naziri, Komissiyanın həmsədri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.