12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Moldova MSK-nın nümayəndələrinə seçkilərə hazırlıq prosesi barədə məlumat verilib

6 Fevral 2024 13:08
Moldova MSK-nın nümayəndələrinə seçkilərə hazırlıq prosesi barədə məlumat verilib

Bakı. AzerVoice:

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün Azərbaycana gələn Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karamanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 6-da Mərkəzi Seçki Komissiyasında (MSK) olub.

AzerVoice xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə qonaqlara ölkəmizdə seçkilərə hazırlıq prosesi, seçicilər və müşahidəçilər üçün yaradılan şərait barədə məlumat verilib.

M.Pənahov Azərbaycanın Moldova ilə münasibətlərə önəm verdiyini bildirib. Fevralın 7-də keçiriləcək seçkilərin ölkəmizin tarixində Zəfər seçkiləri kimi qalacağını vurğulayan MSK sədri işğalla əlaqədar olaraq 30 ildən çox ölkəmizin müxtəlif bölgələrində səs verən soydaşlarımızın budəfəki seçkilərə nəhayət öz doğma yurd yerlərində gedəcəklərini əlamətdar hadisə kimi qiymətləndirib.

O, həm işğaldan azad edilmiş torpaqlarda, həm də bütün ölkə ərazisində seçicilərin rahat səs verə bilmələri üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.

Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman Azərbaycanda seçkiləri müşahidə edəcəklərindən məmnun olduqlarını bildirib.

Ölkəsi ilə bağlı fikirlərini bölüşən A.Karaman deyib: “Azərbaycanın təcrübəsi bizim üçün çox vacibdir. Moldova da nə vaxtsa bütün ərazisində seçkiləri keçirmək arzusundadır. Biz bunu çox istəyirik”.

A.Karaman Azərbaycanda seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçiriləcəyindən əminliyini ifadə edib.

Moldova MSK-nın nümayəndələrinə seçkilərə hazırlıq prosesi barədə məlumat verilib
Məqalədə: #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.