5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan vətəndaşları seçkilərdə çox fəal iştirak edir - MDB PA Şurasının baş katibi

7 Fevral 2024 10:01
Azərbaycan vətəndaşları seçkilərdə çox fəal iştirak edir - MDB PA Şurasının baş katibi

Bakı. AzerVoice:

Azərbaycan vətəndaşları seçkilərdə çox fəal iştirak edirlər.

Bunu AzerVoice-ə MDB Parlamentlərarası Assambleyasının (MDB) Şurasının baş katibi Dmitri Kobitski 7 saylı seçki dairəsinin 132-134 saylı məktəbdə təşkil olunmuş 10 saylı seçki məntəqəsində deyib.

"Vətəndaşların fəallığını müşahidə etmək çox xoşdur. Artıq səhər saatlarından seçki məntəqələrində növbə yaranmışdı. Sevindirici haldır ki, insanlar ölkədə baş verən proseslərə biganə qalmırlar.

Biz seçki məntəqələrində oluruq. Hazırda bu, bizim üçün artıq ikinci məntəqədir. Ən azı 15 seçki məntəqəsini gəzməyi planlaşdırırıq ki, mənzərə bizə tam aydın olsun. Bunu gün ərzində edəcəyik. Axşam bütün müşahidəçi qrupları nəticələri yekunlaşdırmaq və təəssüratlarını bölüşmək üçün toplaşacaq”, - baş katib bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Azərbaycan vətəndaşları seçkilərdə çox fəal iştirak edir - MDB PA Şurasının baş katibi
Məqalədə: #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək
Siyasət

Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək

12 Fevral 2024 11:17
Rumen Radev Prezident İlham Əliyevi təbrik edib
Rəsmi Xronika

Rumen Radev Prezident İlham Əliyevi təbrik edib

9 Fevral 2024 13:18
ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Rəsmi Xronika

ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

9 Fevral 2024 12:37
İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Rəsmi Xronika

İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib

9 Fevral 2024 12:34

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.