9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Seçkilərin keçirilməsi ilə bağlı xeyli təşkilati işlər aparılıb

7 Fevral 2024 10:16
Seçkilərin keçirilməsi ilə bağlı xeyli təşkilati işlər aparılıb

Bakı. AzerVoice:

Qrupumuz altı dövləti təmsil edən 36 nəfərdən - senatorlardan, deputatlardan, rəsmi şəxslərdən, MDB PA katibliyinin ekspertlərindən ibarətdir.

AzerVoice xəbər verir ki, bunu MDB PA monitorinq qrupunun koordinatoru, Qazaxıstan Respublikası Parlament Senatının sədr müavini Jakit Asanov Səbail rayonunun 2 saylı seçki məntəqəsində (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası) Azərbaycanda növbədənkənar prezident seçkilərinin başlanması ilə bağlı mətbuata açıqlamasında deyib.

“Bu, Azərbaycanda növbədənkənar prezident seçkilərinə hazırlıq və səsvermə prosesinin monitorinqini aparan nümayəndə missiyalarından biridir. Biz işimizə 18 dekabr 2023-cü il tarixində başlamışıq. MDB PA Azərbaycan qanunvericiliyinin beynəlxalq standartlara, xüsusilə BMT-nin İnsan Hüquqları Bəyannaməsinə, mülki və siyasi insan hüquqlarına dair beynəlxalq paktlara və bir çox konvensiya və beynəlxalq müqavilələrə nə dərəcədə uyğun olduğunu müəyyən etmək üçün təhlil edib.

MDB-nin Beynəlxalq Hökumətlərarası Əlaqələr İnstitutunun rəyinə görə, Azərbaycan qanunvericiliyi beynəlxalq standartlara tam uyğundur. Eyni zamanda, biz bu seçkilərlə bağlı müşahidə apardıq və işlərin necə getdiyini gördük. Prezidentliyə namizədlərin seçki qərargahı və dövlət qurumları ilə görüşlər keçirilib, məsələlər müzakirə olunub, tövsiyələr verilib.

MDB PA qrupunun hər bir müşahidəçisi öz mülahizəsinə uyğun olaraq seçki məntəqələrində olacaq. Növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı xeyli təşkilati işlər aparılıb. Bayram ab-havasını müşahidə edirik, hər kəsi təbrik etmək istərdik, digər seçki məntəqələrinə də baxmağa davam edəcəyik", - Jakit Asanov qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Seçkilərin keçirilməsi ilə bağlı xeyli təşkilati işlər aparılıb
Məqalədə: #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
12:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.