10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Saat 12:00-dək media nümayəndələrindən şikayət daxil olmayıb

7 Fevral 2024 13:47
Saat 12:00-dək media nümayəndələrindən şikayət daxil olmayıb

Bakı. AzerVoice:

Saat 12:00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən Mətbuat Şurasının telefon nömrələrinə hər hansı zəng olunmayıb.

AzerVoice xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.

Bildirilib ki, Şuranın “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat 08.00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır.

Qeyd edək ki, “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.

Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxtdakı və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər. Mətbuat Şurasının sədri Rəşad Məcid və Şuranın İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 5, 6, 7, 9, 10 və 32 saylı məntəqələrində, qurumun İdarə Heyətinin üzvlərindən Əflatun Amaşov 21 saylı Nəsimi Birinci Seçki Dairəsinin 17 saylı seçki məntəqəsində, Rauf Arifoğlu 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 10 saylı məntəqəsində, Umud Rəhimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində, Ceyhun Musaoğlu həmin seçki dairəsinin 105 saylı məntəqəsində, Müşfiq Ələsgərli 7 saylı Səbail Seçki Dairəsinin 23 saylı məntəqəsində, Azər Həsrət 18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində, Aqil Ələsgər 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 37 saylı məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 16 saylı məntəqəsində, Şuranın Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində olublar. Onlar jurnalistlərin sərbəst şəkildə peşə fəaliyyətlərini yerinə yetirdiyini qeydə alıb, heç bir problem aşkarlamayıblar.

Mətbuat Şurası gün ərzində “qaynar xətt”in fəaliyyəti və Şuranın İdarə Heyətinin üzvlərinin müşahidələri ilə bağlı əlavə məlumat verəcək.

Məqalədə: #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
13:37
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.