15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ombudsman növbədənkənar prezident seçkilərində səsvermə prosesində iştirak edib

7 Fevral 2024 15:08
Ombudsman növbədənkənar prezident seçkilərində səsvermə prosesində iştirak edib

Bakı. AzerVoice:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.

AzerVoice xəbər verir ki, səsvermədən sonra Müvəkkil jurnalistlərə müsahibəsi zamanı Ombudsman Aparatı tərəfindən növbədənkənar prezident seçkiləri ərəfəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Ombudsman bildirib ki, təsisatın və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə Bakıda, Gəncədə, Şəkidə, Masallıda, Qubada və Naxçıvanda “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda silsilə maarifləndirmə tədbirləri təşkil olunub.

Səbinə Əliyeva bütün ölkə üzrə, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda yaradılmış yeni seçki məntəqələrində müşahidələrin həyata keçirildiyini bildirərək deyib: “İşğaldan azad edilmiş ərazilərimizdə təşkil edilmiş 26 yeni seçki məntəqəsində bu ərazilərdə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazimi şəraitin yaradıldığı tərəfimizdən müşahidə olunub. Sevindirici haldır ki, dövlətimizin həyatında mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri ilk dəfə olaraq suveren ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda keçirilir”.

Eyni zamanda, qeyd edilib ki, ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq, Müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin 60 nəfər əməkdaşı, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının 12 nəfər əməkdaşı növbədənkənar prezident seçkilərində müşahidəçi qismində seçki məntəqələrində, o cümlədən hərbi hissələrdə, penitensiar müəssisələrdə təşkil olunan məntəqələrdə və digər qapalı müəssisələrdə müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidə aparırlar: “Bu gün hər bir müşahidəçimiz yerlərdə aldığı məlumatı hər saatdan bir Ombudsmana ötürür və bu barədə müvafiq məlumat operativ tərzdə MSK-ya və MSK-nın İnformasiya Mərkəzindən media vasitəsilə ictimaiyyətə çatdırılır”.

Ombudsman növbədənkənar prezident seçkilərində səsvermə prosesində iştirak edib
Məqalədə: #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür
Siyasət

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür

09:02
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

14 Sentyabr 09:00
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00

Son Xəbərlər

İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
22:24
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
22:18
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
22:12
Liviyada etirazlar neft hasilatını dayandırıb - NOC fors-major elan edə bilər
Liviyada etirazlar neft hasilatını dayandırıb - NOC fors-major elan edə bilər
22:08
Qətərin Baş nazirinin müavini Britaniya Kral Müdafiə Kollecinin rəhbəri ilə görüşüb
Qətərin Baş nazirinin müavini Britaniya Kral Müdafiə Kollecinin rəhbəri ilə görüşüb
22:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.