4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Seçkiləri izləmək üçün Xankəndiyə səfər etmək təklifini məmnuniyyətlə qəbul etdim

8 Fevral 2024 12:00
Seçkiləri izləmək üçün Xankəndiyə səfər etmək təklifini məmnuniyyətlə qəbul etdim

Bakı. AzerVoice:

Moldova ərazi bütövlüyü məsələlərində Azərbaycanı qeyd-şərtsiz dəstəkləyir.

AzerVoice xəbər verir ki, bunu Moldova parlamentinin üzvü Vitali Yakot brifinqdə deyib.

"Parlamentlərimiz arasında ikitərəfli əlaqələr çərçivəsində Prezident seçkilərini izləmək üçün buradayam. Mən həm də ölkələr arasında parlament dostluq qrupunun sədriyəm. Azərbaycan bizim üçün çox mühüm strateji tərəfdaşdır".

Onun sözlərinə görə, Moldova bütün proseslərdə Azərbaycanı dəstəkləməyə çalışır.

"Bir çoxları üçün həssas məsələ olmasına baxmayaraq, seçkiləri izləmək üçün Xankəndi şəhərinə səfər etmək təklifini məmnuniyyətlə qəbul etdim. İki il əvvəl Şuşa şəhərində olmuşam. Azərbaycanın düzgün yolda olduğuna əminəm. Mən işğaldan azad olunan ərazilərdə dağıdılmış infrastrukturun tikintisini və bərpasını izlədim”, - deyə o vurğulayıb.

O qeyd edib ki, Moldova ərazi bütövlüyü məsələlərində Azərbaycanı qeyd-şərtsiz dəstəkləyir. Vitali Yakot qeyd edib ki, Moldovanın avropalı həmkarlarına verdiyi mesaj da bundan ibarətdir.

“Azərbaycan demokratik inkişaf yolunda etibarlı və çox yaxşı tərəfdaşdır”, - deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı dünən Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Azərbaycanda növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrini də elan edib. İlkin olaraq 54,47% bülleten hesablanıb və nəticələrə görə İlham Əliyev 92,1% səs toplayıb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin növbəti nəticələri də Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunub.

MSK sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə məlumat verib ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Əlavə edək ki, ötən gün - 7 fevral Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçkiləri izləmək üçün Xankəndiyə səfər etmək təklifini məmnuniyyətlə qəbul etdim
Məqalədə: #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək
Siyasət

Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək

12 Fevral 2024 11:17
Rumen Radev Prezident İlham Əliyevi təbrik edib
Rəsmi Xronika

Rumen Radev Prezident İlham Əliyevi təbrik edib

9 Fevral 2024 13:18
ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Rəsmi Xronika

ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

9 Fevral 2024 12:37
İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Rəsmi Xronika

İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib

9 Fevral 2024 12:34

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.