5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Müşahidələrimiz zamanı seçki qanunvericiliyinə zidd hər hansı hal aşkarlamadıq

8 Fevral 2024 14:38
Müşahidələrimiz zamanı seçki qanunvericiliyinə zidd hər hansı hal aşkarlamadıq

Bakı. AzerVoice:

Fevralın 8-də Özbəkistan parlamentinin müşahidə missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı təşkil edib.

AzerVoice xəbər verir ki, tədbirdə çıxış edən Özbəkistan Senatının komitə sədri Odiljon İminov seçki prosesini müşahidə etməyin onlar üçün faydalı olduğunu bildirib.

Şuşa və Xankəndi şəhərlərində yerləşən məntəqələrdə seçki prosesini izlədiklərini deyən komitə sədri qeyd edib:

“Həmin məntəqələrdə seçki prosesi vaxtında başlamışdı və qutular möhürlənmişdi. Məntəqələrdə xüsusilə ilk dəfə səs verməyə gələn gəncləri gördük. Onlar öz gələcəklərinə səs verirdilər. Məntəqələr, həmçinin veb-kamera ilə təchiz edilmişdi.

Seçkiləri işıqlandırmaq üçün media nümayəndələrinə də şərait yaradılmışdı. Seçki prosesi açıq və şəffaf şəkildə keçirildi. Müşahidələrimiz zamanı seçki qanunvericiliyinə zidd hər hansı hal aşkarlamadıq".

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.

Müşahidələrimiz zamanı seçki qanunvericiliyinə zidd hər hansı hal aşkarlamadıq
Məqalədə: #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək
Siyasət

Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək

12 Fevral 2024 11:17
Rumen Radev Prezident İlham Əliyevi təbrik edib
Rəsmi Xronika

Rumen Radev Prezident İlham Əliyevi təbrik edib

9 Fevral 2024 13:18
ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Rəsmi Xronika

ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

9 Fevral 2024 12:37
İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Rəsmi Xronika

İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib

9 Fevral 2024 12:34

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.