11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan hər zaman qlobal müstəvidə ölkələr qarşısında dayanan ciddi problemlərin həllinə səy göstərib - Sevil Mikayılova

Prezident İlham Əliyevin oktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun daha bir təzahürüdür.

25 Oktyabr 2024 18:01
Azərbaycan hər zaman qlobal müstəvidə ölkələr qarşısında dayanan ciddi problemlərin həllinə səy göstərib - Sevil Mikayılova

Bakı, AzerVoice

Prezident İlham Əliyevin oktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun daha bir təzahürüdür.

Bunu AzerVoice-a Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlər sistemində ləyaqətli tərəfdaş kimi cıxış edib və bunu praktik əməldə sübut edib.

“Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü bir sıra təşəbbüslərlə təşkilatın fəaliyyətinə yeniliklər gətirdi və Hərəkatın beynəlxalq aləmdə nüfuzu daha da möhkəmləndi. Cənab Prezident İlham Əliyev tərəfidən Qoşulmama Hərəkatının sədri kimi irəli sürülən təşəbbüslər beynəlxalq ictimaiyyətin böyük dəstəyini qazandı.

Məhz ölkəmizin bu səmərəli fəaliyyətinə yüksək dəyər ifadə etməklə Hərəkat yekdil qərarı ilə Azərbaycanın sədrliyini daha bir il uzatdı. Bu qərar beynəlxalq müstəvidə Azərbaycana olan etimadı daha da möhkəmləndirdi”, - deyə S.Mikayılova bildirib.

Deputat qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq logistika mərkəzlərindən birinə çevrilib.

“Ölkəmiz bu istiqamətdə iri layihələr həyata keçirir. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi ölkəmizin bu xüsusda mövqeyini daha da gücləndirir, bir çox ölkələrlə səmərəli əməkdaşlıq üçün geniş imkanlar yaradır və iqtisadi faydalılığı ilə yanaşı, ölkəmizə böyük siyasi dividendlər qazandırır. Azərbaycan bununla kifayətlənməyərək, ölkəmizdən keçən yük axınının artmasını nəzərə alaraq, bu sahəyə əlavə investisiyalar yatırır”, - deyə deputat əlavə edib.

S.Mikayılova vurğulayıb ki, Azərbaycan hər zaman qlobal müstəvidə ölkələr qarşısında dayanan ciddi problemlərin həllinə səy göstərib.

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə Azərbaycan qlobal problemlərin həllində beynəlxalq əməkdaşlığın güclənməsinə növbəti mühüm töhfə vermiş olacaq”, - deyə deputat əlavə edib.

S.Mikayılova bildirib ki, XVI BRICS Sammiti çərçivəsində diqqət çəkən məqamlardan biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüş oldu.

“Görüş zamanı regionda dayanıqlı sülhün bərqərar olması istiqamətində müzakirələr aparılıb və hər iki ölkənin xarici işlər nazirlərinə bu istiqamətdə təlimat verilib. Azərbaycan hər zaman regionda sülhün bərqərar olmasının tərəfdarı olub və bu istiqamətdə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirib.

Əfsuslar olsun ki, Ermənistan tərəfinin danışıqlar zamanı sərgilədiyi mövqe ilə real fəaliyyəti ziddiyət təşkil edib və məhz bu səbbədən də sülh gündəliyinin irəli aparılmasına maneələr yaranıb. Bu gün regionda sülhün bərqərar olması Azərbaycandan daha çox Ermənistana lazımdır. Bu baxımdan, Ermənistan hansısa xülyalardan əl çəkərək, reallığı anlamalı və sülhün bərqərar olması istiqamətində əməli addımlar atmalıdır”, - deyə deputat əlavə edib.

Məqalədə: #Azərbaycan #Sevil Mikayılova #BRICS

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.