9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

İcma Qərbi azərbaycanlıların qayıdışına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

Qərbi Azərbaycan İcması olaraq biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 2025-ci il yanvarın 7-də yerli mətbuat orqanlarına verdiyi müsahibəsində Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışına verdiyi dəstəyə görə təşəkkür edirik.

8 Yanvar 2025 11:47
İcma Qərbi azərbaycanlıların qayıdışına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

Bakı, AzerVoice

Qərbi Azərbaycan İcması olaraq biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 2025-ci il yanvarın 7-də yerli mətbuat orqanlarına verdiyi müsahibəsində Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışına verdiyi dəstəyə görə təşəkkür edirik.

AzerVoice xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.

Bildirilir ki, biz həmçinin Prezident İlham Əliyevin regional sülh və təhlükəsizlik ilə bağlı ifadə etdiyi baxışa tam dəstəyimizi ifadə edirik.

"Ermənistanın siyasi dairələrində hakim olan irqi ayrı-seçkilik və radikal millətçilik ideologiyası insan hüquqları və sülh üçün ən böyük təhdiddir. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə etdiyi, "Ermənistan və Qarabağın yad millətlərdən tamamilə təmizlənməsi"ni tarixi nailiyyət kimi təqdim edən çıxışının bu günlərdə yayılmış videoyazısı, ikinci prezident RobertKoçaryanın beynəlxalq təşkilatın tribunasından"Azərbaycanlılar və ermənilər etnik cəhətdən uyğunsuzdurlar" kimi irqçi açıqlaması, üçüncü prezident Serj Sarqsyanın və onun partiyasının faşist QareginNjdenin "Tsexakronizm" irqçi ideologiyasından ruhlanması bu dövlətin mahiyyətini əks etdirir.

Biz Prezident İlham Əliyevin Ermənistanın həyata keçirdiyi kütləvi silahlanma siyasəti ilə bağlı ifadə etdiyi narahatlığı tam bölüşür və Ermənistanın silahlanmaya son verməsi tələbini dəstəkləyirik. Aqressiv keçmişə malik və irqçi,revanşist ideologiyaların hökm sürdüyü Ermənistan hərbi güc ilə məsuliyyətlə davrana bilmir və onun silahlanması yolverilməzdir", - bəyanatda vurğulanıb.

Qeyd edilir ki, Ermənistanın Qərbi azərbaycanlılara qarşı törətdiyi tarixi ədalətsizlikləri tam inkar yanaşmasından çıxış etməsi siyasətinin heç bir perspektivi yoxdur:

"Biz Ermənistan hökumətindən Qərbi azərbaycanlıların deportasiyasına görə üzr istəməyi, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağı, qayıdışa şərait yaratmağı, Azərbaycan xalqına məxsus olan mədəni irsin dağıdılması və təhrif edilməsi siyasətinə son qoymağı, silahlanmanı dayandırmağı və üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq kommunikasiya xətlərini açmağı tələb edirik".

Məqalədə: #Qərbi Azərbaycan İcması

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.