15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ermənistan hökuməti irqçiliyə və mono-etnik siyasətə son verməlidir - Qərbi Azərbaycan İcması

Ermənistan hökuməti böhtan və nifrət dolu bəyanatlar vermək əvəzinə, irqçiliyinə və mono-etnik siyasətinə son verməli, Qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq, oradakı multi-etnik mühiti bərpa etməlidir

16 Yanvar 2025 09:57
Ermənistan hökuməti  irqçiliyə və mono-etnik siyasətə son verməlidir - Qərbi Azərbaycan İcması

Bakı,AzerVoice

Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin 2025-ci il yanvarın 15-də verdiyi, Azərbaycan SSR-də ermənilərə qarşı qanunsuzluq törədildiyini iddia edən əsassız və böhtan dolu bəyanatını qınayırıq. Bəyanatın tonu, həm də Ermənistanın İkinci Qarabağ müharibəsindən əvvəlki ritorikasını xatırladır.

AzerVoice xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

“Əvvəla vurğulayaq ki, etnik təmizləməni törədən dövlət Ermənistandır. Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Levon Ter-Petrosyanın prezident qismində 1993-cü ildə etdiyi məlum çıxışı azərbaycanlılara qarşı etnik təmizləmənin Ermənistanın döv2lət siyasəti olduğunu bir daha təsdiq edir.

Həmçinin, xatırlatmaq yerinə düşür ki, L.Ter-Petrosyan həmin çıxışında Azərbaycan SSR-dən ermənilərin köçünün məhz Ermənistanın özü tərəfindən təşkil edildiyini də bildirib. L.Ter-Petrosyanın çıxışından müvafiq çıxarışı aşağıda veririk:

“Hərəkat vaxtında başlamasaydı, bu gün Azərbaycanda 500 min erməni qalacaqdı. Onlar fiziki cəhətdən məhv edilməsələr belə, bu, Ermənistanı diz çökdürmək üçün ən güclü rıçaq olardı. Onların əhəmiyyətli bir hissəsi, 300 mindən çox insan Ermənistanda sığınacaq tapdı. Bu da milli problem idi, hərəkatımız sayəsində həll olunan böyük miqyaslı problem”.

Bütün bunlar sübut edir ki, Ermənistan işğalını mümkün hesab etmədiyi Azərbaycan ərazilərindən ermənilərin köçünü təşkil edərək, iki xalqın nümayəndələrinin dinc yanaşı yaşamaq təcrübəsini aradan qaldırmağı və Ermənistanda mono-etnikdövlət yaratmağı hədəfləmişdir.

Ermənistan hökuməti böhtan və nifrət dolu bəyanatlar vermək əvəzinə, irqçiliyinə və mono-etnik siyasətinə son verməli, Qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq, oradakı multi-etnik mühiti bərpa etməlidir”, - bəyanatda vurğulanıb.

Məqalədə: #Qərbi Azərbaycan #Ermənistan XİN

Mövzu üzrə digər xəbərlər

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür
Siyasət

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür

09:02
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

14 Sentyabr 09:00
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00

Son Xəbərlər

İraq bir ixrac dəhlizindən asılı qala bilməz - Əli əz-Zeydi
İraq bir ixrac dəhlizindən asılı qala bilməz - Əli əz-Zeydi
21:16
Böyük Britaniya Səudiyyə Ərəbistanı və Yəmən hökumətinə dəstəyini bildirib
Böyük Britaniya Səudiyyə Ərəbistanı və Yəmən hökumətinə dəstəyini bildirib
21:13
Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəməri bir neçə günə fəaliyyətini bərpa edəcək - ABŞ
Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəməri bir neçə günə fəaliyyətini bərpa edəcək - ABŞ
21:11
Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
20:48
BƏƏ-Suriya münasibətləri dostluq və qardaşlığa əsaslanır - Məhəmməd bin Rəşid
BƏƏ-Suriya münasibətləri dostluq və qardaşlığa əsaslanır - Məhəmməd bin Rəşid
20:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.