5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Dünyanın ən böyük qətliamlarından biri Azərbaycanda yaşanıb - Ali Yerlikaya

26 Fevral 2025 15:24
Dünyanın ən böyük qətliamlarından biri Azərbaycanda yaşanıb - Ali Yerlikaya

Bakı,AzerVoice

33 il əvvəl bu gün dünyanın ən böyük soyqırımlarından biri Azərbaycanda, Xocalıda baş verib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

"Qadınlar, uşaqlar, yaşlılar amansızca öldürüldü. İnsanlıq tarixinə qara bir ləkə olaraq keçən #XocalıSoyqırımı'nda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirəm",- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, 1992-ci ilin 25-dən 26-na keçən gecə, Azərbaycan tarixində silinməz bir faciə yaşandı. Qarabağın Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qaldı. Bu hücum nəticəsində dinc əhali – qadınlar, uşaqlar, yaşlılar amansızcasına qətlə yetirildi. Xocalı Soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş bir cinayət kimi tarixə düşdü.

Xocalının strateji mövqeyi erməni silahlı qüvvələrinin şəhərə olan hücumunu daha da amansız etdi. Soyqırımı zamanı 613 nəfər qətlə yetirildi, onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır. Minlərlə insan yaralandı, yüzlərlə ailə evsiz qaldı, 1275 nəfər girov götürüldü və çoxları itkin düşdü.

Bu qanlı gecənin izləri illər keçməsinə baxmayaraq Azərbaycan xalqının yaddaşında hələ də təzədir. Xocalı faciəsi təkcə Azərbaycan üçün deyil, insanlıq üçün böyük bir dərsdir. Bu hadisə beynəlxalq ictimaiyyət tərəfindən tanınmalı, günahkarlar ədalət qarşısında cavab verməlidir.

Hər il 26 fevralda Azərbaycan xalqı Xocalı şəhidlərini dərin ehtiramla yad edir. Bu, həm bir matəm günü, həm də ədalət axtarışının təcəssümüdür. Xocalının harayı dünyaya səslənir: "Unutma, unutdurma!"

Məqalədə: #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #Xocalı #Xocalı soyqırımı

Mövzu üzrə digər xəbərlər

Ərdoğana sui-qəsd cəhdində iştirak edən FETÖ üzvü saxlanıldı
Türkiyə

Ərdoğana sui-qəsd cəhdində iştirak edən FETÖ üzvü saxlanıldı

1 Avqust 10:57
Türkiyədə 7 min jandarmanın iştirakı ilə əməliyyat keçirilib
Türkiyə

Türkiyədə 7 min jandarmanın iştirakı ilə əməliyyat keçirilib

29 İyul 12:37
İnterpol əməliyyatı: 54 axtarışda olan şəxs Türkiyəyə gətirildi
Türkiyə

İnterpol əməliyyatı: 54 axtarışda olan şəxs Türkiyəyə gətirildi

10 İyul 13:39
NATO Ankara Zirvəsi zamanı axtarışda olan 4 mindən çox insan saxlanılıb
Türkiyə

NATO Ankara Zirvəsi zamanı axtarışda olan 4 mindən çox insan saxlanılıb

9 İyul 11:57

Son Xəbərlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
20:47
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
20:37
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
20:34
Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri
Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri
20:31
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
19:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.