8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İnterpol əməliyyatı: 54 axtarışda olan şəxs Türkiyəyə gətirildi

Məlumata görə, Türkiyənin müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlığı nəticəsində axtarışda olan şəxslər Gürcüstandan 38, Almaniyadan 5, Azərbaycandan 2, eləcə də Bolqarıstan, Avstriya, Ekvador, Fransa, Xorvatiya, Qazaxıstan, Misir, Yunanıstan və Şimali Makedoniyadan gətirilib.

10 İyul 2026 13:39
İnterpol əməliyyatı: 54 axtarışda olan şəxs Türkiyəyə gətirildi

BAKI,VOA, Fərid Mikayılov

Türkiyə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində beynəlxalq və milli səviyyədə axtarışda olan 54 şəxs ölkəyə qaytarılıb.

VOA xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına əsasən, onlardan 29-u İnterpolun qırmızı bülleteni ilə beynəlxalq səviyyədə, 25-i isə ölkə daxilində axtarışda olan şəxslərdir.

Bildirilib ki, əməliyyat Emniyyət Baş İdarəsinin İnterpol-Avropol şöbəsi, Ədliyyə Nazirliyi əməkdaşları, KOM, Kəşfiyyat, Narkotiklərlə Mübarizə, Kibercinayətkarlıq, Asayiş və Terrorla Mübarizə idarələrinin koordinasiyalı fəaliyyəti nəticəsində həyata keçirilib.

Məlumata görə, Türkiyənin müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlığı nəticəsində axtarışda olan şəxslər Gürcüstandan 38, Almaniyadan 5, Azərbaycandan 2, eləcə də Bolqarıstan, Avstriya, Ekvador, Fransa, Xorvatiya, Qazaxıstan, Misir, Yunanıstan və Şimali Makedoniyadan gətirilib.

Ölkəyə qaytarılan şəxslər arasında Türkiyədə fəaliyyət göstərən iki təhlükəli mütəşəkkil cinayət qruplaşmasının üzvlərinin də olduğu bildirilib.

Qırmızı bülletenlə axtarılan Barış Boyun cinayət təşkilatının üzvü Aslan Alkan Ekvadordan Türkiyəyə ekstradisiya edilib. O, qəsdən adam öldürmə və narkotik vasitələrin idxalı ilə bağlı ittihamlarla axtarışda olub.

Həmçinin Baygaralar cinayət təşkilatının üzvü Sedat Ok Almaniyadan Türkiyəyə gətirilib. O, planlaşdırılmış qətl ittihamı üzrə beynəlxalq axtarışda olub.

Türkiyə Daxili İşlər Nazirliyi açıqlamasında qeyd edib ki, mütəşəkkil cinayət təşkilatları və narkotik ticarəti ilə mübarizə dünyanın istənilən ölkəsində davam etdiriləcək və axtarışda olan şəxslərin ölkəyə qaytarılması istiqamətində tədbirlər davam etdiriləcək.

Məqalədə: #Türkiyə #Türkiyə Daxili İşlər Nazirliyi #Interpol #Türkiyə qırmızı bülleten axtarışı #İnterpol əməliyyatı #qırmızı bülleten

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03

Son Xəbərlər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.