4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Milli Məclis Azərbaycanın D-8-ə qoşulmasını ratifikasiya edib

7 Mart 2025 14:24
Milli Məclis Azərbaycanın D-8-ə qoşulmasını ratifikasiya edib

BAKI, AzerVoice

Milli Məclis Azərbaycanın “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmasını ratifikasiya edib.

AzerVoice xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

“İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Məlumat üçün bildirək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir. Təşkilatın yeni hədəfləri “2020-2030-cu illər yol xəritəsi” sənədində əks olunub.

Azərbaycan keçən ilin 19 dekabr tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı D-8-ə tamhüquqlu doqquzuncu üzv kimi qəbul edilib. Bu üzvlük Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu və təşkilatla sıx əməkdaşlıq imkanlarını əks etdirir. Azərbaycanın D-8-in fəaliyyətində iştirak etməsi, ölkəmizin geostrateji mövqeyini və iqtisadi potensialını nəzərə alaraq təşkilatın inkişafına mühüm töhfələr verə bilər. Azərbaycan, Şərq ilə Qərb arasında körpü rolu oynayan və İslam dünyasının əsas iqtisadi və mədəni mərkəzlərindən biri kimi D-8 çərçivəsində əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaq.

Azərbaycanın D-8-ə qoşulması iqtisadi və ticarət əlaqələrinin inkişafına yeni imkanlar açır. Azərbaycan xüsusilə Türkiyə, Pakistan, İran və Malayziya ilə geniş ticarət əlaqələrinə malikdir. Neft və qaz ixracı, kənd təsərrüfatı və sənaye sahəsində əməkdaşlıq imkanları mövcuddur. Bununla yanaşı, Orta Dəhliz marşrutu üzərində yerləşən Azərbaycan, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə D-8 ölkələri üçün mühüm tranzit mərkəzinə çevrilir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və Türkiyə-Pakistan-Azərbaycan strateji tərəfdaşlığı çərçivəsində D-8 ölkələri ilə əməkdaşlığı gücləndirmək üçün geniş imkanlar mövcuddur. Azərbaycan D-8 çərçivəsində iqtisadi inteqrasiya layihələrində iştirak etməklə yanaşı, təşkilatın əsas prinsiplərinə töhfə verməyə davam edəcək. Azərbaycanın təşkilata üzvlüyü beynəlxalq ticarət və iqtisadi mövqeyini daha da möhkəmləndirərək regional və qlobal əməkdaşlıq perspektivlərini genişləndirir.

D-8-in rəsmi dili ingilis dilidir və təşkilatın əsas prinsipləri iqtisadi inkişaf, ticarət əməkdaşlığı, ədalətli iqtisadi sistem və beynəlxalq diplomatik əlaqələrin möhkəmləndirilməsidir.

Məqalədə: #İran #İstanbul #Milli Məclis #Pakistan #Misir #Nigeriya #İndoneziya #Qahirə #Banqladeş #Bakı Beynəlxalq Dəniz Ticarət Limanı #İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8)

Mövzu üzrə digər xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”

17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

12:38

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.