9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ararat Mirzoyanın iddiaları tamamilə əsassızdır - XİN

23 Mart 2025 10:43
Ararat Mirzoyanın iddiaları tamamilə əsassızdır - XİN

Bakı, AzerVoice

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın “Folha” qəzetinə müsahibəsi zamanı guya indiyə qədər əvvəlki COP iclaslarında “Qlobal Cənubun” və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına az diqqət ayrıldığı barədə iddiaları tamamilə əsassızdır.

AzerVoice xəbər verir ki, bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin Ermənistan xarici işlər nazirinin Braziliyanın “Folha” qəzetinə müsahibəsində COP-la bağlı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.

"Görünür ki, Ermənistan xarici işlər naziri COP çərçivəsində aparılan iqlim danışıqlarından ümumiyyətlə xəbərsizdir.

İndiyə qədər bütün COP-larda iqlim dəyişikliyi ilə mübarizə sahəsində “Qlobal Cənub” üçün əlamətdar qərarlar qəbul edildiyi məlumdur.

Bu baxımdan, Ermənistan xarici işlər nazirinin səsləndirdiyi fikirlər yalnız COP29-un deyil, ondan əvvəlki bütün COP-ların da ev sahiblərinə hörmətsizlikdir.

COP29-a gəldikdə isə qlobal iqlim diplomatiyasında dönüş nöqtəsi hesab olunan Bakı COP-u həm təşkilatçılığın səviyyəsi, həm də danışıqların yekununda əldə olunmuş nəticələrə görə ən uğurlu COP-lardan biri kimi qəbul edilir.

Bakı İqlim Maliyyəsi Hədəfi qərarına əsasən, əvvəllər inkişaf etmiş dövlətlər tərəfindən inkişaf etməkdə olan ölkələrin iqlimlə bağlı fəaliyyətlərini maliyyələşdirmək üçün dövlət mənbələrindən ayrılması nəzərdə tutulan illik 100 milyard ABŞ dolları məbləğində hədəf Bakıda 3 dəfə artırılaraq 300 milyard ABŞ dollarına qaldırılıb. Həmin qərara əsasən, eyni məqsədlər üçün bütün mənbələrdən (həm dövlət, həm də qeyri-dövlət) əldə olunması nəzərdə tutulan məbləğ 1,3 trilyon ABŞ dolları olaraq müəyyən edilib.

Bakı COP-u həmçinin 10 ilə yaxındır davam edən və indiyə qədər əvvəlki COP-larda nəticə əldə etməyin mümkün olmadığı karbon bazarları mexanizminin (Paris Sazişi Kredit Mexanizmi) işə salınması ilə bağlı qərarın qəbulu ilə də yadda qalıb. Bu çərçivədə də “Qlobal Cənub” ölkələrinin iqlim maliyyəsindən geniş şəkildə faydalanması mümkün olacaq.

COP29 “Qlobal Cənubun” xüsusi əhəmiyyət verdiyi İtki və Zərər Fondunun işə salınması baxımından da əlamətdar olub.

COP29 sədrliyinin xüsusi səyləri nəticəsində əldə olunmuş bu uğurlar Bakı COP-unun nailiyyətlərinin yalnız bir qismidir.

Hazırda qlobal iqlim ictimaiyyəti üçün başlıca prioritet Bakı COP-nun nəticələrinin icrası və Belemdə keçiriləcək növbəti COP-a hazırlıqdır.

Ümidvarıq ki, Belem COP-u da iqlim danışıqlarında növbəti irəliləyiş olacaq", - deyə Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib.

Məqalədə: #Azərbaycan XİN #Ararat Mirzoyan

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.