5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Sahibə Qafarovanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrlik müddətinin uzadılması Azərbaycanın növbəti uğurudur

8 Aprel 2025 13:03
Sahibə Qafarovanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrlik müddətinin uzadılması Azərbaycanın növbəti uğurudur

BAKI,AzerVoice

6 aprel 2025-ci il tarixində Özbəkistanın Daşkənd şəhərində baş tutan “Bandunq ruhunun 70 illiyinin qeyd olunması: Bandunq prinsiplərinin qorunmasında parlamentlərin rolu” mövzusunda keçirilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin IV konfransı Azərbaycanın uğurlu sədrliyinin göstəricisi kimi yadda qaldı. Bu konfransda, Azərbaycan Respublikasının Milli Məclisinin və Qoşulmama Hərəkatının (QH) Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın rəhbərliyi altında, həm regional, həm də qlobal məsələlərə dair bir sıra mühüm qərarlar qəbul olundu.

Bunu AzerVoice-ə açıqlamasına Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova qeyd edib ki, konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti sülh, təhlükəsizlik və dialoq prinsiplərinin gücləndirilməsi istiqamətində yeni çağırışlar etdi.

“Konfransın yekununda qəbul edilmiş Daşkənd Bəyannaməsi, Hərəkatın prinsiplərinin və dəyərlərinin beynəlxalq arenada geniş tanınmasına şərait yaratdı. Bu sənəd, Azərbaycanın xarici siyasətində və diplomatik fəaliyyətində mühüm rol oynayan konsepsiyaların, o cümlədən iqlim dəyişikliyi ilə mübarizə, insan hüquqları və müstəmləkəçiliyin aradan qaldırılması məsələlərini özündə ehtiva edir.

Konfrans yekdilliklə Sahibə Qafarovanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrlik müddətinin 3 il uzadılması ilə bağlı qərar qəbul etdi. Təbii ki, bu qərar Azərbaycanın sədrliyi müddətində Sahibə Qafarovanın nümunəvi rəhbərliyini, Azərbaycan diplomatiyasının yüksək səviyyəsini bir daha təsdiqlədi”, - deputat bildirib.

S.Mikayılova vurğulayıb ki, Azərbaycan bir çox məsələlərdə olduğu kimi qlobal iqlim dəyişikliyi ilə mübarizə siyasətində liderlik mövqeyini ortaya qoydu. Daşkənd Bəyannaməsində də bu məsələlər öz əksini tapdı:

“Eyni zamanda Müstəmləkə hakimiyyəti altında olan xalqların hüquqlarının müdafiəsi və qayıdış hüququnun təmin olunması məsələlərindəki dəstək, Azərbaycanın insan hüquqlarına verdiyi önəmin göstəricisidir. Qadın platformasının yaradılması təşəbbüsü və QH Gənclər Təşkilatının fəaliyyəti, cəmiyyətin müxtəlif təbəqələrinin siyasət və diplomatiyada fəal iştirakını təmin etməyə xidmət edir.

Bu uğurlar, Azərbaycan diplomatiyasının nəinki regional, həm də qlobal səviyyədə sülh və tərəfdaşlıq prinsiplərinin təbliğinə verdiyi əhəmiyyətin bariz nümunəsidir”.

S.Mikayılova əlavə edib ki, konfransın yekun sənədi olan Daşkənd Bəyannaməsi, beynəlxalq ictimaiyyətə çağırış nitqini ehtiva edərək, həm müstəmləkəçiliyə qarşı, həm də insan hüquqlarının müdafiəsinə dair yeni təşəbbüslərin dəstəklənməsində önəmli rol oynayacaq.

“Bu sənəd bilavasitə Azərbaycanın, “Bakı Təşəbbüs Qrupu”nun və digər beynəlxalq təşkilatların vasitəsilə regional və qlobal dialoq və əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayacaq.

Xüsusi qeyd olunmalı məsələlərdən biri də qayıdış hüququnun vacibliyini vurğulayan Bəyannamədə QH üzv dövlətlərindəki məcburi qaçqın düşmüş bütün icmaların, o cümlədən Qərbi Azərbaycan İcmasının qayıdışının təhlükəsiz, dinc və ləyaqətli şəkildə həyata keçirilməsinə dəstək ifadə olunur.

Konfransın uğurlu nəticələri, ölkəmizin diplomatik arenada liderlik mövqeyinin və strateji baxışlarının bariz nümunəsidir. Bu nailiyyətlər, gələcəkdə də Azərbaycan diplomatiyasının qlobal səhnədə daha geniş və effektiv fəaliyyət göstərməsinə zəmin yaradacaq”, - deputat qeyd edib.

Məqalədə: #Sevil Mikayılova #Sahibə Qafarova

Mövzu üzrə digər xəbərlər

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Siyasət

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

3 Sentyabr 19:07
Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Siyasət

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

2 Sentyabr 19:03
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova
Siyasət

Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova

24 Avqust 18:27

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.