10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan və Qazaxıstan dəniz piyadalarının komando kursunun buraxılış mərasimini keçirib

27 Aprel 2024 15:46
Azərbaycan və Qazaxıstan dəniz piyadalarının komando kursunun buraxılış mərasimini keçirib

Bakı. AzerVoice:

Aprelin 27-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissəsində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının da iştirak etdiyi “Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

AzerVoice bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Təntənəli mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini – Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinov, eləcə də türkiyəli və qazaxıstanlı hərbi qulluqçular iştirak ediblər.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb, dərin hörmət və ehtiram nümayiş etdirilib.

Buraxılış mərasimində Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Qazaxıstan respublikalarının Dövlət himnləri səsləndirilib.

Azərbaycan Ordusunun və Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri tədbirdə çıxış edərək bacarıqlı və peşəkar hərbi kadrların yetişdirilməsində bu cür kursların və təlimlərin əhəmiyyətini qeyd ediblər.
Eyni zamanda Azərbaycan və Qazaxıstan dəniz piyadalarının birgə təlimlərdə iştirakı və yüksək peşəkarlıq nümayiş etdirməsi müsbət qiymətləndirilib. Bildirilib ki, cari ildə Qazaxıstanın Aktau şəhərində keçiriləcək “Birləşdik–2024” əməliyyat-taktiki komanda-qərargah təlimində Azərbaycan Ordusunun bütün qoşun növlərindən bir qrup hərbi qulluqçu, həmçinin aviasiya vasitələri və hərbi gəmiləri iştirak edəcək.

HDQ-nin dəniz poliqonu və treninq mərkəzində azərbaycanlı və türkiyəli təlimatçılar tərəfindən keçirilən hərbi qulluqçuların xüsusi hazırlıq dərsləri təqdirəlayiq hesab edilib.

General-polkovnik K.Vəliyev kursun yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə peşəkar təlimatçılara təşəkkürünü bildirib, kursu müvəffəqiyyətlə bitirmiş məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub, məzunlara sertifikatlar təqdim edilib, habelə fərqlənən bir qrup hərbi qulluqçu və təlimatçı mükafatlandırılıb.

Rəsmi hissə başa çatdıqdan sonra dəniz piyadaları və xüsusi təyinatlılarının istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri nümayiş etdirilib.

Sonda dəniz xüsusi təyinatlılarının taktiki-xüsusi məşğələləri, həmçinin sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışları izlənilib.

Azərbaycan və Qazaxıstan dəniz piyadalarının komando kursunun buraxılış mərasimini keçirib
Məqalədə: #Müdafiə Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.