5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlıq memorandumu imzalanıb

11 May 2024 11:31
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı. AzerVoice:

Mayın 11-də Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb.

AzerVoice xəbər verir ki, memorandum mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahəsində təcrübə mübadiləsi, eyni zamanda birgə layihələrin icra olunmasını nəzərdə tutur.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malikin görüşündə ikitərəfli əməkdaşlıq, ICESCO ilə Fond arasında ötən müddət ərzində mövcud əlaqələr müzakirə edilib.

Fondun prezidenti Mehriban xanım Əliyevanın ICESCO-nun xöşməramlı səfiri kimi sivilizasiyaların yaxınlaşması, mədəniyyətlərarası dialoq üzrə fəaliyyəti və xidmətləri vurğulanıb.

Görüşdə Fond tərəfindən təhsil və mədəniyyətin inkişafına, Azərbaycanla yanaşı, digər ölkələrdə humanitar sahədəki layihələri, xalqlar və dinlərarası yaxınlaşmaya yönələn fəaliyyət qeyd olunub. İmzalanan memorandumun əməkdaşlığın gələcək uğuruna zəmin yaradacağı bildirilib.

2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada Heydər Əliyev Fondunun işğaldan sonra tarixi dini və mədəni abidələrin qorunması, bərpası istiqamətində qısa müddətdə apardığı işlərin mədəni-tarixi irsin yaşadılması baxımından əhəmiyyəti qeyd olunub. Bu sahədə də ICESCO ilə əməkdaşlıq müzakirə edilib.

Daha sonra ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik Şuşada tarixi-dini abidələri ziyarət edib, burada işğal zamanı törədilmiş erməni vandalizminə dair faktlarla tanış olub.

Xatırladaq ki, Azərbaycan 1991-ci ildən 50-dən çox müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan ICESCO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə daha da genişlənib. Təşkilat Azərbaycanda keçirilən bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak edir. Eyni zamanda Birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə İSESCO arasında səmərəli əməkdaşlıq qurulub.

Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlıq memorandumu imzalanıb Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlıq memorandumu imzalanıb Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlıq memorandumu imzalanıb Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlıq memorandumu imzalanıb Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlıq memorandumu imzalanıb Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlıq memorandumu imzalanıb Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlıq memorandumu imzalanıb
Məqalədə: #Heydər Əliyev Fondu #ISESCO

Mövzu üzrə digər xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

26 Avqust 20:02
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib
Cəmiyyət

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

26 Avqust 19:31
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər

26 Avqust 18:28
Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub
Cəmiyyət

Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub

3 Avqust 11:19

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.