4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Fransanın dünya mediasını Azərbaycanla bağlı əks-təbliğata çəkməsi yolverilməzdir - MŞ-dan BƏYANAT

14 Noyabr 2023 15:12
Fransanın dünya mediasını Azərbaycanla bağlı əks-təbliğata çəkməsi yolverilməzdir - MŞ-dan BƏYANAT

Bakı. AzerPress:

Fransanın dünya mediasını Azərbaycanla bağlı əks-təbliğata çəkməsi yolverilməzdir.

AZerPress xəbər verir ki, bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda əks olunub.

"Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərə dair qərəzli, ermənipərəst mövqeyi Azərbaycan ictimaiyyətində və ölkəmizin jurnalist cameəsində narazılıq və narahatlıq doğurmaqdadır. Bu narazılığın müxtəlif media materiallarında, eləcə də ayrı-ayrı vətəndaşlara məxsus sosial şəbəkə profillərində ifadəsini tapması təbiidir. Təəssüf ki, dünyanın bəzi media orqanları məsələyə xüsusi rəng qatmaqda, cəmiyyətimizin Fransanın birtərəfli və qərəzli mövqeyindən haqlı etirazlarına qeyri-adekvat məzmun qazandırmaqda və mövcud xüsusda Azərbaycan dövlətini hədəfə almaqda, bütövlükdə respublikamız əleyhinə mənfi beynəlxalq rəy formalaşdırmaqdadırlar. Fransanın dezinformasiya ilə mübarizə qrupunun yaydığı son məlumatın Qərb mediasında tirajlanması da bu cür xoşagəlməz niyyətin göstəricisidir" - bəyanatda deyilib.

Qeyd edilib ki, “Reuters“ agentliyinin xəbərinə görə, sözügedən qrup 2024-cü ildə Parisdə keçirilməsi nəzərdə tutulan Olimpiya oyunlarının boykot edilməsi istiqamətində fəaliyyət göstərənlər arasında bir azərbaycanlının olduğunu müəyyənləşdirib:

"Həmin şəxs X sosial şəbəkəsindəki profilində Fransanı qınayaraq bildirib ki, insan hüquqlarının pozulduğu ölkədə Olimpiya oyunlarının keçirilməsi yolverilməzdir. Hazırda dünyada Fransanın qlobal miqyasda apardığı siyasətdən narazılığın artdığı şəraitində bu təşkilatın qərəzli şəkildə yalnız Azərbaycana köklənməsi anlaşılan deyil və son dərəcə bəsit yanaşmanın göstəricisidir.

Əvvəla, hər bir şəxsin sosial şəbəkədə öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ var. İkincisi, hazırkı qloballaşma dövründə sosial şəbəkələrdə xalq və millət məsələləri deyil, fərd anlayışı, o cümlədən istifadəçilərin öz düşüncə və baxışlarını yayması aktualdır. Əgər həmin baxışlarda qaydalara zidd cəhətlər varsa, bunun araşdırılması və müvafiq tədbir görülməsi sosial şəbəkələrin müstəsna hüququdur. Üçüncüsü, sıravi bir sosial şəbəkə istifadəçisinin bölüşdüyü fikirlərin dövlətlə, indiki halda Azərbaycan dövləti ilə əlaqələndirilməsinə cəhdin özü belə olduqca qeyri-peşəkar və bəsit yanaşmadır. Belə təqdimat təsdiq edir ki, Fransanın sözügedən təşkilatı da ölkəmiz əleyhinə aparılan qərəzli təbliğatın alətidir.

Onu da bildirməliyik ki, Azərbaycana münasibətdə qərəzli və çirkin kampaniya aparan Fransa mediasının davamlı və ardıcıl xarakter daşıyan yarıtmaz xəttinin təkanverici qüvvəsinin məhz Fransa dövləti olması artıq hamıya aydındır. Ölkənin nüfuzlu media orqanları belə təlimatların Yelisey sarayından aldıqlarını gizlətmirlər. Aydın görünür ki, bu addımlarla Fransa dövləti özünün daxili və xarici siyasətdəki uğursuzluğunu, ölkədə hökm sürən ksenofobiya, antisemitizm kimi meylləri, rasizmin getdikcə güclənən təzahürlərini, insan hüquqlarının pozulması hallarının artmasını, habelə neokolonialist siyasətinin yaratdığı fəsadları pərdələməyə çalışır. Cənubi Qafqaz coğrafiyasında erməni avantürizmini körükləyən, onu maliyyələşdirən, silahlandıran Fransa fəaliyyətinə qloballıq libası geyindirdiyini zənn edir, əslində isə neokolonializm siyasətini növbəti regiona transfer etməklə orada yeni münaqişə ocaqları yaradır. Bu xüsusda Azərbaycanın hədəfə alınması, ayrı-ayrı media orqanlarında ölkəmizlə bağlı qərəzli məqamların qabardılması Fransa dövləti adına son dərəcə miskin mənzərə formalaşdırır.

Azərbaycan Mətbuat Şurası belə mənfi təmayülləri qətiyyətlə pisləyir, dünya mediasını Azərbaycan əleyhinə aparılan təbliğat kampaniyasında iştirakdan uzaq durmağa, həssaslıq nümayişinə, ölkəmizlə bağlı dezinformasiya yayımından, dəqiqləşdirilməmiş, təsdiqini tapmamış məsələləri işıqlandırmaqdan çəkinməyə, əsl həqiqətlərə diqqət yetirməyə çağırır", - bəyanatda bildirilib.

Məqalədə: #Azərbaycan #Fransa #Mətbuat Şurası

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.