5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

MSK aşağı seçki komissiyaları üçün treninqlərə başladı

5 Avqust 2024 10:15
MSK aşağı seçki komissiyaları üçün treninqlərə başladı

Bakı,AzerVoice

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) fərqli statuslu seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə maarifləndirmə layihələri intensiv şəkildə davam edir.

AzerVoice xəbər verir ki, Komissiyanın maarifləndirmə proqramı çərçivəsində ümumrespublika miqyaslı növbəti layihəyə - aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılıb. MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı şəraitində 22 il bundan əvvəl - 2002-ci ildə əsası qoyulan treninq layihəsi ilbəil təkmilləşdirilib, xüsusilə 2008-ci ildən sonra yeni forma və məzmun əlavə olunmaqla daha da genişləndirilib. MSK-nın mühüm əhəmiyyət verdiyi və daim məxsusi diqqət yetirdiyi treninqlər, bir qayda olaraq, ölkəmizdə keçirilən bütün seçkilərdə təşkil edilməklə, dairə və məntəqə seçki komissiyaları üzvlərinin məlumatlılığının, bilik və bacarıqlarının, o cümlədən işgüzar və peşəkar vərdişlərinin yüksəldilməsində müstəsna rol oynayır.

Qarşıdan gələn Milli Məclisə seçkilərlə əlaqədar treninqlər MSK-nın maarifləndirmə proqramına əsasən ikimərhələli formatda keçiriləcək. Layihənin “Trenerlər üçün treninq” adlı birinci mərhələsinə avqustun 5-dən start verilib və müxtəlif əyani, metodiki, habelə yardımçı vəsaitlərdən istifadə olunmaqla, tam praktiki məşğələlər şəklində təşkil edilib. Beş gün fasiləsiz keçiriləcək bu treninqlərə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyasının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 yerli trener cəlb olunur. Treninqlər zamanı iştirakçılara seçki günü məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri müəyyənləşdirilərək rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün prosedurlar barədə aydın və əhatəli məlumat verilir.

Seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxa biləcək müstəsna hallar izah edilərkən praktiki məşğələlərə geniş yer verilir, müxtəlif məqamlar əyani şəkildə səhnələşdirilərək təqdim olunur və yaranan suallar yerindəcə cavablandırılır.

Treninq layihəsinin avqustun 12-dən başlanacaq ikinci mərhələsi məntəqə seçki komissiyalarının bütün üzvlərini əhatə etməklə, seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına uyğun olaraq, 3-10 gün davam edəcək. Bu mərhələnin də maksimum effektiv, praktiki və informativ olması üçün treninqlərin MSK-nın Treninq qrupu tərəfindən hazırlanan cədvəl əsasında kiçik qruplarla - təqribən 40 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Həm təlimlərdə istifadə etmələri, həm də seçki günü prosedurları ilə yaxından tanış olmaları məqsədilə treninqlərə cəlb edilən bütün iştirakçılar MSK-nın hazırladığı “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələrinə dair protokol nümunəsi, habelə digər əyani və metodiki vəsaitlərlə təmin olunacaqlar.

Treninq layihəsi, ümumilikdə 40 minə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.

MSK aşağı seçki komissiyaları üçün treninqlərə başladı
Məqalədə: #MSK

Mövzu üzrə digər xəbərlər

MSK-ya yeni sədr seçilir
Cəmiyyət

MSK-ya yeni sədr seçilir

27 Aprel 16:15
MSK üzvlərinin səlahiyyət müddəti bitir
Gündəm

MSK üzvlərinin səlahiyyət müddəti bitir

20 Aprel 09:47
Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb
Türk Dövlətləri

Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

30 Noyabr 2025 19:12
MSK nümayəndələri Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək
Siyasət

MSK nümayəndələri Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək

28 Noyabr 2025 10:11

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.