5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

MSK bu seçki məntəqələrinin nəticələrini ləğv etdi

11 Sentyabr 2024 17:30
MSK bu seçki məntəqələrinin nəticələrini ləğv etdi

Bakı, AzerVoice

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında sentyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı 78 saylı Lənkəran Kənd Seçki Dairəsindən deputatlığa namizəd tərəfindən qəbul olunan müraciətə baxılıb.

AzerVoice-in məlumatına görə, iclasda qeyd edilib ki, araşdırma zamanı 28 və 32 saylı seçki məntəqələrində səslərin hesablanması zamanı seçkilərin nəticələrinə təsir edəcək pozuntular aşkarlanıb və səs vermənin nəticələri ləğv edilməlidir.

Təklif səsə qoyularaq təsdiq edilib.

Əlavə edilib ki, iki məntəqədə seçkilərin nəticələrinin ləğv edilməsi dairə üzrə ümumi nəticələrə təsir göstərməyib.

Qeyd edək ki, Anar İskəndərov, Tural Kazımlı, Xoşbəxt Rəhimzadə, Nəsrulla Məmmədov, Elçin Səfərov, Tural Quluzadə, Əzizxan Əzizov olmaqla, 7 nəfərin mübarizə apardığı dairədə Anar İskəndərov qalib gəlib.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Məqalədə: #Mərkəzi Seçki Komissiyası

Mövzu üzrə digər xəbərlər

Ula və Xeybərdə medalyon formalı daş sərdabələr tapıldı (FOTO)
Ərəb turizmi

Ula və Xeybərdə medalyon formalı daş sərdabələr tapıldı (FOTO)

1 Sentyabr 11:18
MSK-ya yeni sədr seçilir
Cəmiyyət

MSK-ya yeni sədr seçilir

27 Aprel 16:15
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib
Siyasət

YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib

22 Aprel 12:17
Siyasi partiyalar maliyyə hesabatlarını təqdim etdi
Cəmiyyət

Siyasi partiyalar maliyyə hesabatlarını təqdim etdi

9 Aprel 14:39

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.